Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

İsrail İran savaşında kritik an Zəngilanda axtarırdılar, görün harada tapıldı

İsrail İran savaşında kritik an Zəngilanda axtarırdılar, görün harada tapıldı

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən ay İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinin son anda təxirə salınması mövcud İran–İsrail gərginliyi fonunda yenidən diqqət mərkəzinə düşüb. Bildirilir ki, bu cür hallarda yüksək səviyyəli səfərlərin təxirə salınması həm təhlükəsizlik baxımından zəruri ola, həm də müəyyən diplomatik mesajlar daşıya bilər.

Belə ki, əgər Netanyahu Bakıya səfər etsəydi və bundan dərhal sonra İsrail tərəfindən İrana qarşı hərbi və ya kiberhücumlar baş versəydi, İran və regiondakı digər aktorlar bu hadisələri əlaqələndirə bilərdilər. Bu isə Azərbaycanın neytral və balanslı mövqeyini sual altına sala bilərdi.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, səfərin baş tutmaması İsrailin İrana hərbi müdaxilə hazırlığı ilə əlaqələndirilə bilər:

“Təbii ki, belə bir məqamda İsrail Baş nazirinin səfərinin reallaşması bizim üçün də arzuolunan deyildi. Çünki ondan əvvəl İran Prezidenti Məsud Pezeşkian Bakıya səfər etmişdi. Hesab edirəm ki, Netanyahunun gəlişi müəyyən diplomatik gərginlik yarada bilərdi. Xüsusilə hərbi əməliyyatlar ərəfəsində bu, Tehranda fərqli qarşılanardı.

Həmçinin oxuyun:

“İsrailin gerçək hədəfi budur: Tezliklə şahidi ola bilərik” – Azərbaycan detalı

Xatırlayırsınızsa, İran əsassız yerə rəsmi Bakını ittiham edirdi. Yəqin, hazırda anlayır ki, Azərbaycan etibarlı qonşudur və bu məsələdə İsrailin yanında yer almayıb, ona heç bir şəkildə kömək etmir. Halbuki, İran tərəfi uzun müddət bu məsələdən istifadə edərək Azərbaycana təzyiqlər göstərməyə çalışırdı. İndi isə məlum oldu ki, İsrailin pilotsuz uçuş aparatları (PUA) bazası Zəngilandakı camış fermasında deyil, elə Tehranın özündə imiş. İran xarici düşmən axtarışında olarkən daxildə öz vətəndaşlarını da düşmən elan edib”.

Politoloq qeyd edib ki, Azərbaycan bu məsələdə neytral mövqe tutur:

“XİN rəsmisi Ceyhun Bayramov da bildirdi ki, Azərbaycan öz ərazisindən İrana qarşı istifadə edilməsinə heç vaxt imkan verməyəcək. Rəsmi Bakı çalışır ki, qonşuluqda sabitlik olsun. Hətta bunun üçün Azərbaycanın iki ölkəni bir araya gətirməsinin mümkünlüyü haqda fikirlər də səsləndirilir. İstənilən halda regionda müharibə şəraiti bizim də maraqlarımıza uyğun deyil. Digər tərəfdən, unutmayaq ki, İranda 40 milyona yaxın azərbaycanlı yaşayır”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 İyun 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see580

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see332

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see265

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see256

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see248

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see242

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see235

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see232

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see227

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see226

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see214

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see213

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see206

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see205

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see203

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see196

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see196

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see196

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri