İsrail İrana hava zərbələri üçün sərbəst dəhliz yaradıb Yoav Qallant AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
İsrail Hərbi Hava Qüvvələrinin oktyabrın 26-da həyata keçirdiyi əməliyyat nəticəsində Tehran ətrafında 4 ədəd S-300 Hava Hücumundan Müdafiə Sistemi sıradan çıxarılıb və hazırda İran paytaxtı ətrafında strateji müdafiə yoxdur.
APA-nın xəbərinə görə, bunu İsrailin sabiq müdafiə naziri Yoav Qallant “Washington Post“-un şəhrhçisi Devid İqnatiusa müsahibəsində bildirib.
Sabiq müdafiə naziri həmin əməliyyat çərçivəsində ballistik raketlər üçün yaracaq istehsal edən zavodun da vurulduğunu və buna görə də İranın yaxın iki ildə öz arsenalına əhəmiyyətli sayda ballistik raket əlavə edə bilməyəcəyini nəzərə çatdırıb. Yoav Qallant deyib ki, İsrailin 26 oktyabrda 120 qırıcı təyyarənin iştirakı ilə endirdiyi hava zərbələri “İrana qarşı hərəkət üçün pəncərə” yaradıb. Beləliklə, artıq İsrail Qəzza və Livanda olduğu kimi İrana da zərbə endirmək üçün öz qırıcı təyyarələrinə sərbəst dəhlizi təmin edib, Qəzza və Livandakı kimi İranda da hədəflərə asanlıqla hücum edə bilər. Buna görə də artıq ABŞ-ın hazırkı administrasiyası İrana qarşı nüvə məsələsində məcburedici diplomatiya üçün imkanın yarandığını görür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 15 Dekabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















