“İsrail İrana qarşı bu addımı atmayacaq, çünki…” Tramp FAKTORU KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“İsrail ABŞ-ın dəstəyi olmadan İranın nüvə obyektlərinə zərbə endirməyəcək”.
KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti İsrail və ərəb diplomatlarının müsahibələrinə istinadən yazır.
Nəşr bildirir ki, İsrail rəhbərliyi ABŞ prezidenti Donald Trampın birbaşa təsdiqi və dəstəyi olmadan İranın nüvə infrastrukturuna zərbə endirməyə cəsarət göstərməyəcək.
Onların fikrincə, İsrail Trampı qəzəbləndirmək və onun dəstəyini itirmək qorxusuna görə, Ağ Evin dəstəyi olmadan hərbi əməliyyatlardan çəkinəcək, Eyni zamanda, Trampın özü də hazırda diqqətini İranın nüvə proqramı ilə bağlı məsələlərin həlli üçün diplomatik yollar axtarmağa cəmləyib.
ABŞ prezidenti Vaşinqtondan daha qəti və aqressiv hərəkətlər etməyə çalışan İsrailin baş naziri Benyamin Netanyahunun təzyiqlərinə boyun əymir. Netanyahu hələ prezidentin andiçmə mərasimindən əvvəl Trampı İranın nüvə obyektlərinə hərbi zərbələr endirməyə dəstək verməyə inandırmağa çalışsa da, istənilən nəticəni əldə edə bilməyib.
Eyni zamanda, Tramp hakimiyyətə gəldikdən sonra Netanyahu Yaxın Şərqdə özünü daha inamlı və aqressiv aparmağa, Livan, Suriya və Qəzza zolağına aktiv zərbələr endirməyə başlayıb. İsrail hökuməti Tramp administrasiyasının dəyişən mövqeyindən xəbərdardır, ona görə də diplomatlar onun ehtiyatlı davranacağına və İran cəbhəsində razılaşdırılmamış hərəkətlərlə Vaşinqtonu təhrik etməyəcəyinə inanırlar.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 21 Aprel 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















