Icma.az
close
up
RU
İsrail İranla yeni müharibəyə hazırlaşır: Bölgəmizdə böyük fırtınaya 5 gün qaldı

İsrail İranla yeni müharibəyə hazırlaşır: Bölgəmizdə böyük fırtınaya 5 gün qaldı

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

İsrail İranla yeni müharibəyə hazırlaşır. Bu barədə artıq bir sıra ekspert və media orqanları yazır. İki ölkə ətrafında baş verənləri analiz edəndə də bunu hiss etmək mümkündür. İsrail baş naziri Benyamin Netanyahu keçən həftə atəşkəsdən dərhal sonra verdiyi açıqlamada bəyan etdi ki, İsrail İranın nüvə mərkəzlərini yenidən inşa etməsinin qarşısını alacaq. Bu da İsrailin İrana qarşı yeni hərbi əməliyyata hazırlaşması ilə bağlı ehtimalları gücləndirir.

Məlum olduğu kimi, artıq iyulun 7-də Netanyahunun Tramp ilə görüşəcəyi ilə bağlı xəbərlər təsdiqlənib. Dünən isə ABŞ İsrailə 510 milyon dollar dəyərində silah və sursat satışını təsdiqləyib.

Tramp və Netanyahu arasında görüşün əsas mövzusunun İran olduğu bildirilir. Həm də güman olunur ki, bu görüşdə İranla bağlı ABŞ və İsrailin gələcək addımları razılaşdırılacaq.

İranda da ciddi hərəkətlənmə var. Atəşkəsdən dərhal sonra İranın müdafiə naziri Əziz Nəsirzadə Çinə səfər edib və burada Çin müdafiə naziri ilə görüşlər keçirib. Mediada gedən xəbərlərə görə, görüşlərdə Çinin İrana yeni nəsil döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri satışı müzakirə olunub.

ABŞ rəsmiləri isə dünən İranın Fars körfəzindəki Hörmüz boğazını minalamağa hazırlaşdığını və gəmilərə dəniz minaları yükləndiyini bildirib. Proses İsrailin İran hücumundan dərhal sonra başlayıb və hazırda da davam edir. Belə görünür ki, parlamentin məlum qərarından sonra İran ordusu Hörmüzü bağlamaqla bağlı texniki tədbirləri görür. Növbəti qarşıdurma zamanı boğazın bağlanması ehtimalı yüksək olacaq.

Bu arada İran prezidenti Məsud Pezeşkiyan Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığını məhdudlaşdıran qərar layihəsini təsdiqləyib. Xarici işlər naziri Abbas Əraqçi isə Amerika mediasına verdiyi müsahibədə bildirib ki, Tehran dinc məqsədli nüvə fəaliyyətini davam etdirəcək. ABŞ aviasiyasının Fordo nüvə mərkəzinə endirdiyi zərbələrin vurduğu zərərin dəqiq miqyasının hələ məlum olmadığını deyən Əraqçiyə görə, nüvə mərkəzinin yenidən fəaliyyətə başlaması üçün hökumət lazımi addımları atacaq.


Başqa sözlə, İran müharibədən əvvəlki nüvə fəaliyyətini davam etdirəcəyini bildirir, İsrail isə buna imkan verməyəcəyini elan edir. Bu isə nəzəri olaraq yeni toqquşma üçün zəmini təşkil edir.

İran hakimiyyətinin ölkə içərisindəki qanunsuz miqrantları çıxarması, kütləvi casus həbsləri onu göstərir ki, rəsmi Tehran növbəti müharibə riskini nəzərə alır və buna artıq hazırlaşır. Məsələn, İsrailin İrana hücumundan bu yana İslam Respublikasının təhlükəsizlik qüvvələri casusluq ittihamı ilə 1596-dan çox adamı həbs edib. Onlardan 98 nəfəri əcnəbi, əsasən Avropa ölkələri vətəndaşlarıdır.

Bu da o deməkdir ki, yeni müharibə riskini Tehranda da yüksək qiymətləndirir və buna qarşı hazırlaşırlar. Ancaq məsələ ondadır ki, birinci toqquşmada hər iki tərəf bir-birinin zəif nöqtələrini öyrəndi və yəqin ki, öyrənməyə davam edir. İkinci, yəni növbəti qarşıdurma daha amansız və sərt olacaq.

Daha bir maraqlı detal ondan ibarətdir ki, birinci qarşıdurma həm də İran və İsrailin müttəfiqlərini müəyyən etməsi üçün sınaq məşqi oldu. Məsələn, məlum oldu ki, Avropa, xüsusən də Fransa İrana qarşı müharibəyə o qədər də isti yanaşmır. Böyük Britaniya isə İrana qarşı cəbhədə yer alır və hətta əsas müharibə çağırışı edən ölkədir, baxmayaraq ki, fəal şəkildə əməliyyatlara qoşulmadı, İsrailə atılan raketləri vurmaq cəhdindən başqa.

Ərəb ölkələri, xüsusən də körfəz dövlətləri hər nə qədər müharibəyə qarşı çıxış etsələr də, qarşısını almaq və ya İrana dəstək vermədilər. Gələn rəylərdən də o görünür ki, körfəz ərəb hakimiyyətləri geniş miqyaslı hərbi qarşıdurmanı istəməsələr də, İranda rejim dəyişikliyi ilə başa çatacaq müharibəyə heç də qarşı deyillər.

Yalnız Türkiyə, İraq, Pakistan və nisbətən ucqarlardakı ölkələr İrana siyasi dəstək bəyanatları verdilər. Tehranın yanında real olaraq Çin və qismən Rusiya dayandı. Son eskalasiya göstərdi ki, Tehranda hakimiyyət dəyişikliyi həm də Çini Mərkəzi Asiya və Yaxın Şərqdən sıxışdırıb çıxarmağa xidmət edəcək. Bu səbəbdən də Pekin İrana hərbi-siyasi dəstəyi artıracaq. Rusiya da böyük lövhədə uduzacağını anladığı üçün sonrakı günlərdə Tehrana dəstək verdi. Lakin Rusiyanın Trampla koordinasiyalı çalışdığını nəzərə alsaq, Tehranın Moskvaya çox da ümid etmədiyi məlum olur. Bu səbəbdən də SU-35-lərdən ümidini itirən Tehran Çindən “Chengdu” J-10C tipli çoxməqsədli döyüş təyyarələrini almaq üçün danışıqları sürətləndirib.

İsrail isə daha əvvəl olduğu kimi, ABŞ-a güvənir. Amma eyni zamanda növbəti mərhələdə region ərəb dövlətləri ilə əlaqələrinə ümid bağlayır.

Ancaq hazırlıqlara rəğmən, İsrailin İranla növbəti qarşıdurması daha çox Vaşinqton görüşündən, yəni Trampla danışıqlardan asılı olacaq. ABŞ hakimiyyəti də İranın 3 nüvə mərkəzinə ölçülü zərbə endirməklə həm də dünyada və xüsusən də Yaxın Şərqdə “atmosferi” yoxlamış oldu. Başqa sözlə, növbəti qarşıdurma yenə də Trampın və Vaşinqtonun qərarından asılı olacaq.(Musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 İyul 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri