İsrail İtaliya oyunundan sonra mübahisə düşüb, Qattuzo rəqib oyunçunu susdurub FOTO
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
İtaliya millisi 2026-cı il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində İsrail yığmasına 5:4 hesabı ilə qalib gəlib.
İdman.biz bildirir ki, final fitindən sonra komandalar arasında münaqişə yaranıb.
Belə ki, İtaliya komandasının futbolçuları Canluici Donnarumma və Cakomo Raspadori matçdan sonra İsrail yığmasının futbolçuları ilə mübahisə edib. Məsələyə qarışan “Skuadra Adzurra”nın baş məşqçisi Cennaro Qattuzo da israilli oyunçularla yüksək tonlarda danışıb, onlardan birinə qarşı nalayiq ifadə işlədərək səsini kəsməsini tələb edib.
I qrupunun cədvəlində İtaliya dörd oyunda doqquz xalla ikinci yerdədir. Lider Norveçlə fərq üç xaldır. İsrail beş matçda doqquz xalla üçüncü yerdədir.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 09 Sentyabr 2025 03:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















