Icma.az
close
up
RU
İsrail koalisiyası dağıldı

İsrail koalisiyası dağıldı

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsraildə Degel HaTorah Partiyasının ardınca Aqudat İsrail Partiyasının üzvləri də ultra-ortodoks yəhudiləri (Haredi) hərbi xidmətdən azad edən qanun layihəsi parlamentin gündəliyinə gətirilmədiyi üçün hökumətdən istefa verdiklərini açıqlayıblar.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, daha bir partiya İsraildə Benyamin Netanyahunun başçılıq etdiyi koalisiya hökumətindən çıxdı  .

Ağudat İsrail Partiyasının Qüds işləri və Yəhudi İrsi naziri Meir Poruş, Degel HaTorah Partiyasından sonra Birləşmiş Tövrat Yəhudilik ittifaqını quran Aqudat İsrail Partiyasının üzvlərinin də koalisiyadan istefa verəcəyini açıqlayıb.

Poruş, İsrail Parlamentinin Xarici Əlaqələr və Müdafiə Komitəsinin sədri Yuli Edelstein tərəfindən hazırlanan yeni layihənin Haredi ravvinlərinin tələblərinə cavab vermədiyini və ravvinlərin Agudat İsrail üzvlərinə istefa vermə əmri verdiyini bildirib.

İsrailin dövlət telekanalı KAN istefaların 48 saat ərzində qüvvəyə minəcəyini və paralel olaraq Edelşteynlə danışıqların davam etdiriləcəyini bildirib.

İsrailin baş naziri Benyamin Netanyahunun koalisiyanı xilas etmək üçün danışıqlar apardığı bildirilir.

Bildirilib ki, istefalar qüvvəyə mindikdən sonra Neyanyahunun koalisiyasında yalnız Haredim Şas Partiyası qalacaq və onlar gələn həftə istefa verə bilərlər.

Aqudat İsraillə birlikdə Birləşmiş Tövrat Yəhudilik ittifaqını yaradan Degel HaTorah Partiyasının üzvləri də istefalarını açıqlayıblar.

Birləşmiş Tövrat yəhudilərinin bütün üzvləri istefa verərsə, Netanyahu hökumətinin 68 mandatı 61-ə enəcək. 120 deputat yeri olan İsrail parlamentində 11 nəfərlik Şas Partiyası istefa verərsə, hökumət 61 yerlik baryerdən aşağı düşəcək və mütləq əksəriyyətini itirəcək.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 İyul 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri