İsrail “məhv etdik” demişdi MAQATE təkzib etdi, vura bilməyiblər
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrail ordusu İranın Natanz və İsfahan nüvə obyektlərini vurduqlarını açıqlaqlasa da, MAQATE-nin direktoru Qrossi bu iddianı təkzib edərək, Natanzın yeraltı hissəsinin hədəfə alınmadığını bildirib.
Ölkə.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Mariano Qrossinin İsrail İranın Natanz nüvə obyektinin yeraltı hissəsinə hücumu zamanı zərbə endirə bilmədiyini bəyan edib.
Obyektdəki elektrik infrastrukturunun məhv edildiyini bildirən Qrossi qeyd edib ki, nüvə obyektlərinə heç bir halda hücum edilməməlidir.
Nüvə obyektlərinin təhlükəsizliyinə təhlükə yaradacaq hər hansı hərbi əməliyyatın İran və region üçün ciddi nəticələri olacağını vurğulayan Qrossi, Natanz Nüvə Müəssisəsi ərazisindən kənarda radioaktivlik səviyyəsinin dəyişmədiyini qeyd edərək, bu hadisənin ictimaiyyətə və ətraf mühitə hər hansı xarici radioloji təsirinin olmadığını qeyd edib.
"Lakin bu təsirlərə görə Natanzdakı obyektlərin daxilində radioloji və kimyəvi çirklənmə var. Müəssisənin daxilində mövcud olan radiasiya növü, xüsusilə də alfa hissəcikləri müvafiq radiasiyadan qorunma tədbirləri ilə idarə oluna bilər", - Qrossi bildirib.
Mürtəza
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 14 İyun 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















