Icma.az
close
up
RU
İsrail ordusu atəşkəs zamanı ən azı 98 fələstinlini öldürüb Nazirlik

İsrail ordusu atəşkəs zamanı ən azı 98 fələstinlini öldürüb Nazirlik

Icma.az bildirir, Bizimyol portalına istinadən.

2025-ci ilin yanvarında İsrail və radikal Fələstinin HƏMAS hərəkatı arasında atəşkəs sazişinin imzalanmasından bəri Qəzza zolağında ən azı 98 fələstinli İsrail qüvvələri tərəfindən öldürülüb.

Bizimyol.info xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı anklavın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, bu il yanvarın 19-dan martın 15-dək İsrail əsgərləri tərəfindən 98 fələstinli öldürülüb, daha 27 nəfər yaralanıb.

Qeyd olunur ki, yanvar ayında 23 nəfər ölüb, 8 nəfər yaralanıb, fevralda 31 nəfər ölüb, 16 nəfər yaralanıb, martın ilk iki həftəsində isə 44 fələstinli ölüb, 2 nəfər yaralanıb. 2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına hücumları nəticəsində Səhiyyə Nazirliyi tərəfindən rəsmi olaraq təsdiqlənən ölənlərin sayı 48 529 nəfərə, yaralıların sayı isə 111 955 nəfərə çatıb.

“Euro-Med Human Rights Monitor” daha əvvəl bildirmişdi ki, İsrail qüvvələri yanvarın 19-da Qəzzada atəşkəsin qüvvəyə minməsindən bəri ən azı 150 fələstinlini öldürüb, 605 nəfəri yaralayıb. Lakin Fələstin anklavının Səhiyyə Nazirliyinin məlumatları bu məlumatı təsdiqləməyib.

Yanvarın ortalarında İsrail və radikal Fələstinin HƏMAS hərəkatı Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə yanvarın 19-da qüvvəyə minən atəşkəs haqqında razılığa gəliblər. Müqavilənin icrasının birinci mərhələsi martın 1-də başa çatıb və onun çərçivəsində 33 girov İsrailə qaytarılıb. Martın 2-də İsrail Qəzzaya humanitar yardımın daşınmasını əngəlləyib və bütün nəzarət-buraxılış məntəqələrini bağlayıb, eləcə də martın 7-də "Ynet" məlumat yayıb ki, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir Qəzza zolağına yeni hücum planını təsdiqləyib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Mart 2025 08:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see290

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see211

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see192

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see129

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see127

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see126

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see122

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri