İsrail ordusu evi bombalayıb 11 fələstinli həlak olub, aralarında qadın və uşaqlar da var
Icma.az bildirir, Mia.az portalına istinadən.
İsrail ordusu Qəzza zolağında bir evi bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.
Bildirilib ki, Cibaliya Qaçqınlar Düşərgəsinin şərqində Tel əz-Zatər bölgəsində Nasyu adlı əxsin evinə endirilən raket zərbəsi nəticəsində aralarında qadın və uşaqların da olduğu 11 nəfər ölüb, yaralananlar var: "Hazırda xilasedicilər dağıntılar altında qalanları xilas etməyə çalşırlar. Ölü sayı arta bilər"
Qeyd edək ki, 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında 51065 nəfər həlak olub, 116505 nəfər isə yaralanıb.
Tahir Şəlvəli
MİA.AZ

İsrail bu gün Qəzzanı bombalayıb 16 fələstinli həlak olub, yaralılar var
20 Noyabr 2024 16:16
Magistral yolda 11 cəsəd: aralarında qadın və uşaqlar da var
07 Noyabr 2024 22:17
İsrail ordusu Livanda bir evi bombalayıb
25 Dekabr 2024 15:13
İsrail Qəzzanı bombalayıb 18 fələstinli həyatını itirib
19 Dekabr 2024 21:30

