Icma.az
close
up
RU
İsrail ordusu Qəzzadan geri razılaşdırılmış mövqelərə çəkilməyə başlayıb

İsrail ordusu Qəzzadan geri razılaşdırılmış mövqelərə çəkilməyə başlayıb

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

İsrail ordusu Fələstinin radikal HƏMAS hərəkatı ilə bütün girovların azad edilməsinə dair razılaşmanın bir hissəsi olaraq, cümə günü gecə saatlarında Qəzza zolağından qoşunlarını razılaşdırılmış mövqelərə çəkməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat verib.

Qəzetin yazdığına görə, bəzi bölmələr anklavdan tamamilə çıxarılacaq, digərləri isə razılaşdırılmış mövqelər boyunca mövqelərdə qalacaqlar. Bəzi ərazilərdə geri çəkilmə artilleriya və hava örtüyü altında həyata keçirilib.

Verilən məlumata görə, geri çəkilmə oktyabrın 10-da, İsrail hökumətinin HƏMAS ilə razılaşmanı təsdiqləməsindən 24 saat sonra başa çatacaq. Qeyd edilir ki, bu manevrdən sonra İsrail Fələstin anklavının 53%-nə, əsasən də şəhər ərazilərindən kənarda nəzarəti saxlayacaq. Buraya İsrailin Qəzza zolağı ilə sərhədi boyunca bufer zonası və Misirlə Fələstin anklavı arasındakı Filadelfi dəhlizi daxildir. Bundan başqa, İsrail əsgərləri Qəzza zolağının şimalındakı Beyt Lahia və Beyt Hanun şəhərlərində, cənubda isə Rəfah və Xan Yunisin bəzi bölgələrində qalacaqlar.

Baş nazir Benyamin Netanyahunun ofisi daha əvvəl bildirmişdi ki, oktyabrın 10-na keçən gecə İsrail hökuməti “bütün girovların – həm diri, həm də ölü – azad edilməsi haqqında sazişi” təsdiqləyib.

Oktyabrın 9-da ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS nümayəndələrinin Misirdəki danışıqlardan sonra sülh planının birinci fazası üzrə razılıq əldə etdiklərini açıqlayıb. Onun sözlərinə görə, bu mərhələ bütün girovların “mümkün qədər tez” azad edilməsini və İsrail qoşunlarının Qəzza daxilində razılaşdırılmış xəttə çıxarılmasını nəzərdə tutur.

Oktyabrın 9-da axşam İsrail hökumətinin sözçüsü Şoş Bedrosyan keçirdiyi brifinqdə anklavda atəşkəsin Nazirlər Kabinetinin bu razılaşmaları təsdiqləməsindən sonra 24 saat ərzində qüvvəyə minəcəyini açıqlayıb. Bu zaman İsrail qoşunları Qəzzanın mərkəzindən çəkiləcək və Zolaq daxilində razılaşdırılmış xəttə yerləşdiriləcək.

"Eyni zamanda, anklav ərazisinin 53%-i İsrailin hərbi nəzarətində qalacaq. Daha sonra o, "72 saatlıq pəncərə açılacaq" və bu müddət ərzində bütün israilli girovlar evlərinə qaytarılacaq. Bunun oktyabrın 13-də baş verəcəyi gözlənilir", - deyə Bedrosyan bildirib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 10 Oktyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri