İsrail ordusu Suriyanın bir sıra ərazilərini atəşə tutub
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 6 sentyabr, AZƏRTAC
İsrail ordusu Suriyanın cənubundakı silahsızlaşdırılmış zonaya artilleriya atəşi açıb.
AZƏRTAC xəbər verir ki, bu barədə "Əl-Mayadeen" televiziyası məlumat yayıb.
Bildirilir ki, mərmilərin Quneytra əyalətindəki Əl-Rafid şəhəri yaxınlığında düşdüyü qeydə alınıb. Atəş nəticəsində mülki şəxslər arasında itki barədə məlumat verilməyib.
İsrail qüvvələri, həmçinin Dəməşqin cənub-qərbindəki Beyt Cənn şəhərinin kənarında yerləşən Batt əl-Vərda yüksəkliklərinə də zərbələr endirib.
Suriya Xarici İşlər Nazirliyi X-də dərc olunmuş bəyanatda İsrailin hərəkətlərini suverenliyin və 1974-cü ildə imzalanmış Qolan təpələrində İsrail və Suriya qüvvələrinin ayrılması haqqında razılaşmanın kobud şəkildə pozulması kimi qiymətləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 06 Sentyabr 2026 01:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















