İsrail Qəzza ilə bağlı 15 bəndlik plana etiraz etdi
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrail Qəzza zolağındakı münaqişənin həlli ilə bağlı 15 bəndlik plana dair etirazlarını ABŞ-nin xüsusi nümayəndəsi Toni Blerə çatdırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
İsrail hər hansı bir proses üçün ilkin şərt kimi HƏMAS hərəkatının tam tərksilah edilməsini – o cümlədən Qəzzadan silahların çıxarılmasını və zolağın tam demilitarizasiyasını tələb edib.
“Müzakirə olunan 15 bəndlik sənəd bu tələbləri lazımi səviyyədə əks etdirmir. İsrail bu məsələ ilə bağlı etirazlarını xüsusi nümayəndə Toni Blerə çatdırıb”, - bəyanatda deyilir.
Bundan əlavə, vurğulanır ki, həmin hərəkat tərksilah edilənə və Qəzza zolağı demilitarizasiya olunana qədər İsrail öz qoşunlarını zolaqdakı “sarı xətt”dən geri çəkməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 30 İyul 2026 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















