60 ildir alırlar: Dünyanın ən populyar avtomobili
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Toyota Corolla 2026-cı ilin yanvar-sentyabr ayları arasında qlobal kompakt avtomobil satışları reytinqində birinci yerdə olub.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 1966-cı ildən istehsal olunan model, bu seqmentdə ümumi tələbatın azalmasına baxmayaraq, birinci yerini qoruyub saxlayıb.
2026-cı ilin ilk doqquz ayında dünya miqyasında 18,72 milyon yeni kompakt avtomobil satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz azalma deməkdir.
Satışlarda 3,5 faiz azalmaya baxmayaraq, reytinqdə birinci yeri Toyota Corolla tutub. İkinci yerdə 0,9 faiz azalma ilə “Honda CR-V”dur.
İlk beşliyə həmçinin Hyundai Tucson, Kia Sportage və Volkswagen Tiguan da daxil olub. Hər üç modeldə satış artımı cüzi olub.
Ümumilikdə, ilk onluğa tələbatın azaldığı modellər üstünlük təşkil edir. Xüsusilə, Honda Civic satışları 3,4, Honda HR-V 1,7, Toyota Corolla Cross 9,4, Hyundai Kona 2,6 və Hyundai Elantra 1 faiz azalıb.
İlk 10-luqdan kənar modellər arasında ən böyük artım MG 4-də müşahidə olunub və satışlar 193,3 faiz artıb. BYD Yuan Up (+16,2 faiz), Maruti Fronx (+20,3 faiz) və MG ZS (+13,1 faiz) də əhəmiyyətli artımlar qeydə alınıb.
Siyahıda olan modellər arasında ən böyük satış azalması “Nissan Qashqai”də müşahidə olunub və 16,7 faiz azalıb. Volkswagen Golf (-10,7 faiz) və Mazda CX-30 (-10,2 faiz) modellərinə tələbat da əhəmiyyətli dərəcədə azalıb.
Kompakt seqmentdə ümumi azalmanın əsas səbəbi Asiyada satışların azalması olub. Yanvar-sentyabr ayları arasında onlar 9 faiz azalaraq 7,79 milyon avtomobilə düşüb. Xüsusilə Çində satışlar 15,8 faiz azalaraq 3,67 milyon ədədə düşüb.
Bununla yanaşı, Avropada kompakt avtomobil satışları 2,1 faiz, Amerikada isə 0,8 faiz artıb. Afrika əsas regionlar arasında ən sürətli artımı 22,1 faiz ilə nümayiş etdirib, baxmayaraq ki, qlobal bazar payı xeyli azdır.
Məllumata görə, qlobal kompakt avtomobil seqmenti 2026-cı ilin son rübünə əsasən Çin bazarındakı vəziyyətlə əlaqədar olaraq azalma ilə daxil olur. Bu arada, Toyota Corolla satış həcmində liderliyini qoruyub saxlamağa davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 14 Noyabr 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















