“İsrail Suriyada Türkiyənin hərbi baza yerləşdirməsinin əleyhinədir”
Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.
“Türkiyə və İsrail yenidən Azərbaycanın vasitəçiliyini qəbul ediblərsə, məqsəd bu iki ölkəni barışdırmaq olmayacaq. Bu indiki şərtlər altında mümkün deyil. Əsas məqsəd iki ölkə arasında gərginliyin azaldılmasına nail olmaqdır. İsrail və Türkiyə Suriya üzərindən toqquşmaya çox yaxındırlar”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Suriya və İsrail rəsmiləri İordaniyada görüşüb gərginliyi aradan qaldırmağa çalışırlar. İkinci müzakirə platforması yenə Bakı ola bilər. İsrail Suriyada Türkiyənin hərbi baza yerləşdirməsinin əleyhinədir. Türkiyə isə Suriya ilə hərbi ittifaqın İsrailə dəxli olmadığı qənaətindədir. Bu fərqli yanaşmada ortaq məxrəci tapmaq çətin olsa da, hər halda Ankara ilə Tel-Əviv arasında dialoq formatı bölgə sabitliyi üçün daha faydalıdır”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 27 Avqust 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















