Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

İsrail Suriyada yeni müharibəyə hazırlaşır

İsrail Suriyada yeni müharibəyə hazırlaşır

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ müdaxilə etməsə, bölgə əvvəlkindən də dəhşətli müharibəyə sürüklənə bilər


Türkiyə xarici işlər naziri Hakan Fidan və suriyalı həmkarı Həsən Şeybani arasında keçirilən görüşdə Suriyadakı son proseslər və bölgədə təhlükəsizlik məsələləri müzakirə olunub. Türkiyə XİN başçısı Suriyada yaranan müsbət prosesləri pozmağa çalışan qüvvələrdən narahatlıq ifadə edərək, YPG-nin sistemə inteqrasiya etməkdən imtina etdiyini və İsrailin Süveyda hadisələrindəki rolunu diqqətə çatdırıb:

“Suriyadakı müsbət proseslərdən narahat olanlar var. YPG oyun oynayır, sistemə inteqrasiya etməkdən imtina edir və müsbət atmosferi korlayır. Yeni Suriya mədəniyyətlərin birgə yaşadığı ölkə olmalıdır. Amma hər ölkə bizimki kimi konstruktiv baxış təklif etmir. Oyunu pozanların başında İsrail durur. İsrail Süveyda hadisələrindən yaranan qaranlıq mənzərənin ən böyük aktorlarından birinə çevrilib”.

Fidan eyni zamanda Suriyada bütün xalqların, inancların və mədəniyyətlərin birgə yaşaya biləcəyi tolerant bir ölkə vizyonunun vacibliyini önə çəkib. O qeyd edib ki, bu, uzun və çətin bir prosesdir, lakin hər kəs əlini daşın altına qoymalıdır: “Yeni Suriyada yalnız ərəblərin deyil, digər məzhəb və inancların da özlərini bərabər hiss edəcəyi bir Suriya vizyonu var. Bu, vaxt aparacaq bir prosesdir, lakin hər kəs əlini daşın altına qoymalıdır. Bu nöqtədə artıq tolerant olmaqda çətinlik çəkdiyimiz hadisələri görməyə başlayırıq. Təşkilat üzvlərinin Suriyanı tərk etmədiyini görürük, görmədiyimizi zənn etməsinlər. Türkiyənin təhlükəsizlik tələblərinin təmin olunmadığı bir şəraitdə bizim burada rahat durmaq şansımız yoxdur. YPG-yə çağırışım budur: dünyanın dörd bir yanından topladıqları terrorçularla Türkiyə və bölgə üçün təhdid olmaqdan çıxsınlar, özlərini bir an əvvəl bu vəziyyətdən kənarlaşdırsınlar”.

Görüş zamanı həmçinin bölgədə sabitliyin qorunması, terror təhlükələrinin azaldılması və Suriyada inklüziv cəmiyyət qurulması məsələləri müzakirə olunub. H.Fidan bildirib ki, Türkiyə bu istiqamətdə konstruktiv tövsiyələr verməyə davam edir və Suriyada sülh və sabitliyin təmin olunması üçün bütün tərəflərlə yaxın fikir mübadiləsi aparılır. Suriyalı nazir Həsən Şeybani isə görüşdə İsrailin təkrarlanan təhdidlərinin Suriyanın suverenliyinə yönəldiyini və vətəndaşların təhlükəsizliyini riskə atdığını vurğulayıb.


Milli Cəbhə Partiyası sədrinin müavini Tural İrfan Sherg.az-a açıqlamasında Suriyada yaranmış sabitliyin İran və İsraili çox cidd narahat etdiyini deyib: 

“Əsasən də İsrail Suriyanı yenidən qarışdırmaq üçün addımlar atır, separatçı və terrorçu qrupları yenidən bölgəyə çəkmək istəyir. Çünki sabitlik davam edərsə, İsrail torpaqlarını genişləndirməyə əsas, bəhanə tapa bilmir. Druzları üsyana qaldırıb dövlətə qarşı iddialarla çıxış etməyə təşviq edir. Eyni zamanda YPG-ni də Suriya hökumətinə inteqrasiya etməyə imkan vermir. Çünki İsrail öz məqsədlərinə bu təşkilatların əli ilə çatmağı planlayır. Şübhəsiz ki, bu cür gedişat bölgədə yenidən qaranlıq mənzərə yarada bilər. İsrail qarşısına məqsəd qoyub ki, qonşu ərəb ölkələrini tədricən ələ keçirərək "Böyük İsrail" qurmağa nail olsun. Bu onların ideoloji planıdır. Bunun üçün də təbii ki, Suriya kimi ölkələrdə sabitliyin olması onlara maneə hesab olunur. Bunun qarşısını almaq üçün yeganə yol qalır ki, o da Türkiyənin məlum separatçı, radikal, üsyançı qruplara qarşı hərəkat başlatmasıdır. Bu da təhlükəlidir. Çünki İsraillə açıq qarşıdurmaya gətirib çıxara bilər. Gərginlik son həddə çatarsa, böyük ehtimalla bu baş verəcək. Çünki Suriyanın parçalanmasına Türkiyə imkan verməz”.


Tural İrfanın sözlərinə görə, yalnız ABŞ-nin ciddi müdaxiləsi və İsraili bu yoldan çəkindirməsi vəziyyəti sakitləşdirə bilər: 

“YPG-ni Suriya hökumətinə qarşı təhrik etməklə, digər tərəfdən Druzları qaldırmaqla İsrail açıq-aşkar bölgədə yeni və əvvəlkindən daha dəhşətli müharibə alovu qalamağa hazırlaşır. İsrail "vəd edilmiş torpaqlar" planını həyata keçirmək üçün müharibələr labüddür. Çünki torpaqları işğal etmək, mümkün qədər daha çox insan həyatına son qoymaq onun məqsədinə çatması üçün əsas amillərdəndir. Əsasən uşaqların həyatdan məhrum edilməsi dirəniş gücünü minimuma endirmək məqsədi daşıyır. Türkiyə bölgədə sabitlik istəyir. Suriyada yeni hakimiyyət ilə sıx əlaqələr var. İqtisadi və başqa əlaqələr qurulur. İsrailin Suriyada yeni müharibə başlatması Türkiyənin və digər ölkələrin maraqlarına ziddir. Əgər məsələ belə həllini tapmasa, Türkiyənin güc vasitəsilə YPG kimi Suriyadakı dağıdıcı, pozucu təşkilatlara qarşı tədbir görməsi mümkün ola bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Avqust 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see333

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see332

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see331

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see327

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see312

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see263

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see262

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see249

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see237

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see237

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see217

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see214

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see212

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see209

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see208

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see208

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see208

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see189

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri