Icma.az
close
up
RU
İsrail Suriyada həmişəlik qalmağa hazırlaşır PUTİN

İsrail Suriyada həmişəlik qalmağa hazırlaşır PUTİN

Mən İsrailin Qəzza zolağında yekun məqsədinin nə olduğunu bilmirəm.

Bunu Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında türkiyəli jurnalistin İsrailin Yazın Şərqdəki fəaliyyəti ilə bağlı sualına cavabında bildirib.

Onun sözlərinə görə, Rusiya Qəzza zolağındakı fəaliyyətinə görə İsraili qınayıb.

“Biz hər zaman hesab edirik ki, Fələstin məsələsinin həlli iki dövlətin yaradılması probleminin həllindən keçir”, deyə Putin qeyd edib.

Rusiya Prezidenti bildirib ki, Suriyadakı hadisələrin əsas benefisiarı İsraildir. “Rusiya İsrailin Suriya ərazisini nəzarətə götürməsini qınayır. Ümid edirik ki, İsrail Suriyadan nə vaxtsa çıxacaq. Lakin İsrail isə Suriyaya əlavə qoşun yeridir. Məndə elə təəssürat yaranır ki, İsrail Suriyadan çıxmağa hazırlaşmır, həmişəlik orda qalmağa hazırlaşır”.

seeBaxış sayı:15
embedMənbə:https://azpost.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri