Icma.az
close
up
RU
İsrail Suriyadakı silah anbarlarını bombaladı

İsrail Suriyadakı silah anbarlarını bombaladı

İsrail hərbi təyyarələri Suriyanın cənubundakı silah anbarına hücum edib. SİA xəbər verir ki, bu barədə Qətərin “Əl-cəzirə” telekanalı bildirib. Məlumata görə, Dəməşqdən 70 km cənubda, Dəraa vilayətində yerləşən İzra şəhəri yaxınlığında Suriya ordusuna məxsus silah anbarı bombalanıb. Hava hücumu bir sıra partlayışlarla müşayiət olunub. İsrail Suriya ordusunun Aralıq dənizi sahilindəki Latakiya şəhərindəki mövqelərinə də hücum edib. Livanın “Al Mayadeen” telekanalının yaydığı məlumata görə, hücumlar Suriya ordusunun Saqubein, Əl-Müşairifə ərazilərindəki obyektlərinə və Latakiya limanına yönəlib.

seeBaxış sayı:15
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri