İsrail tanklarının insan kütləsinə atəş açması nəticəsində azı 59 fələstinli həlak olub
Icma.az bildirir, Apa.az portalına istinadən.
İyulun 15-də İsrail tanklarının Qəzza zolağına humanitar yardım aparmağa çalışan insanları atəşə tutması nəticəsində azı 59 nəfər həlak olub.
APA xəbər verir ki, bu haqda “Reuters”in mənbələrə istinadən verdiyi məlumatda deyilir.
“İsrail tankları çərşənbə axşamı Qəzza zolağında yük maşınlarından yardım almağa çalışan kütləyə atəş açıb, ən azı 59 nəfər həlak olub”, - deyə agentlik yazıb.
Şahidlərin agentliyə verdiyi məlumata görə, İsrail tankları yardım almaq üçün Xan Yunis şəhərində toplaşan minlərlə insan kütləsinə azı iki mərmi atıb.
İsrail ordusu “Reuters”ə tanklar tərəfindən atəş açıldığını təsdiqləyib və hadisənin araşdırıldığını bildirib.
Hadisə nəticəsində 59 nəfərin həlak olduğu, azı 221 nəfərin isə yaralandığı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 21 İyul 2025 01:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















