İsrail Türkiyənin bu addımını yüksək qiymətləndirdi
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
İsrail Xarici İşlər Nazirliyi İstanbulda ölkə konsulluğu yaxınlığında baş verən silahlı insidenti pisləyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail XİN-in “X” hesabında paylaşım edilib.
“Bu gün İstanbulda İsrail konsulluğuna qarşı terror aktını şiddətlə qınayırıq. Türkiyənin təhlükəsizlik qüvvələrinin bu hücumun qarşısını almaq üçün operativ tədbirlərini yüksək qiymətləndiririk. Dünya üzrə İsrail nümayəndəlikləri saysız-hesabsız təhdidlərə və terror hücumlarına məruz qalıb. Terror bizi qorxutmayacaq”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, bu gün İstanbulda İsrail konsulluğununun da yerləşdiyi binanın qarşısında 3 silahlı şəxs polislərə hücum edib. Hadisə nəticəsində 2 polis yaralanıb. Hadisəni törədən bir nəfər zərərsizləşdirilib, digə ikisi isə yaralı olaraq ələ keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 07 Aprel 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















