“İsrail və ABŞ ın İranın iqtisadi və hərbi obyektlərini hədəf alması regionda gərginliyi artırıb” ŞƏRH
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“İran hazırda ciddi qarışıqlıq dövrünü yaşayır. Son aylarda küçə etirazlarının intensivləşməsi və hökumət daxilindəki fikir ayrılıqları ölkənin siyasi sistemində gərginliyi artırıb. Xüsusilə iyun ayında baş verən 12 günlük İsrail-Amerika hücumlarından sonra sistemin çatışmazlıqları daha açıq görünür”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında türkiyəli politoloq Həsən Oktay İranda baş verən etiraz aksiyalarını şərh edərkən deyib.
O əlavə edib ki, İranın ikili idarəetmə sistemi, yəni Ali Rəhbərin əsas güc strukturlarına – iqtisadiyyat, kəşfiyyat və orduya nəzarəti və prezidentin daha çox diplomatik və xarici əlaqələr sahəsini idarə etməsi, ölkənin qərarvermə prosesini mürəkkəbləşdirir:
“Ali Rəhbər sistemin təxminən 80%-nə nəzarət edir, prezident isə 20%-lik bir sahədə fəaliyyət göstərə bilir. Bu, xüsusilə nüvə danışıqları kimi strateji mövzularda ciddi problemlər yaradır.
ABŞ və İsrail ilə nüvə danışıqlarında prezidentin təşəbbüsləri Ali Rəhbərin prinsipləri ilə ziddiyyət təşkil edib. İran konstitusiyasında ABŞ ‘Böyük Şeytan’, İsrail isə ‘Kiçik Şeytan’ kimi təsbit olunub. Bu səbəbdən Ali Rəhbər nüvə prosesi zamanı hər hansı bir razılaşmanın qarşısını almaqla öz mövqeyini qoruyur”.
Həsən Oktay hesab edir ki, İsrail və ABŞ-ın İranın iqtisadi və hərbi obyektlərini hədəf alması, xüsusilə İnqilab Keşikçilərinin nəzarətində olan məntəqələrə yönəlməsi, regionda gərginliyi artırıb.
“Eyni zamanda prezident bu prosesdə diplomatik rolla ön plana çıxmağa çalışır, amma faktiki qərarlar hələ də Ali Rəhbərin səlahiyyətində qalır”.
Şəbnəm
Baxış sayı:67
Bu xəbər 09 Yanvar 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















