İsrail və Danimarkanın XİN rəhbərləri Qəzzadakı vəziyyətlə bağlı mübahisə ETDİLƏR
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu səhər Qüdsdə keçirilən birgə mətbuat konfransında İsrailin xarici işlər naziri Gideon Saar və Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen Qəzzada humanitar vəziyyətlə bağlı ziddiyyətli şərhlər verib və xəstələrin ərazidən çıxarılması məsələsində fikir ayrılığına düşüblər.
Redaktor.az bu haqda "The Times of Israel"ə istinadən məlumat verir.
Qəzzada humanitar vəziyyətdən danışan Saar tərəqqiyə işarə edib. O, iyul ayında Brüssellə Qəzza zolağına yardımın artırılması zərurəti ilə bağlı əldə edilmiş razılaşmalara istinad edərək bildirib:
"Yerdə böyük dəyişikliklər baş verir. Bu, Qərb mediasında tapa biləcəyiniz bir şey deyil, amma faktlar ondan ibarətdir ki, biz bu məsələdə (Avropa İttifaqı-Red) ilə bütün razılaşmalarımızı yerinə yetirmişik. Üstəlik, biz də humanitar dəhlizlər və havadan yardım göndərmək siyasətindən istifadə etməyə başladıqdan sonra Qəzza zolağına külli miqdarda mallar daxil oldu və bu, ərzaq qiymətlərinin kəskin azalması ilə özünü göstərib. Beləliklə, bugünkü vəziyyət bir neçə ay əvvəl olduğundan tamamilə fərqlidir".
Saar deyib ki, o və danimarkalı həmkarı bu səhər tibbi evakuasiya da daxil olmaqla humanitar məsələlərdə əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Lakin Rasmussen israilli həmkarının humanitar məsələlərlə bağlı fikri ilə razılaşmayıb. Nazir Danimarkanın Qəzzadan olan xəstələrin Şərqi Qüdsdə və ya İordan çayının qərb sahilində müalicəsinə kömək etmək təklifini təkrarlayıb:
"Biz heç bir böyük irəliləyişlə razılaşmırıq. Əlbəttə, xəstələrin Qəzzadan Şərqi Qüdsə köçürülməsinə icazə versəniz, daha asan olardı, amma mən sizi buna məcbur edə bilmərəm, baxmayaraq ki, bu, bir çox insanın həyatını xilas edə bilər".
Baxış sayı:82
Bu xəbər 07 Sentyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















