İsrail və Livan arasında danışıqların növbəti mərhələsi avqustun 4 6 da Romada keçiriləcək
Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin rəhbərliyi ilə İsrail və Livan arasında danışıqların növbəti mərhələsi 4-6 avqust tarixlərində Romada keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi açıqlayıb. Bildirilir ki, Livanın cənubunda ilk pilot zonanın uğurla işə salınmasından və Livan prezidenti Cozef Aunun ötən həftə Prezident Donald Trampla görüşündən sonra İsrail-Livan məsələsi istiqamətində əhəmiyyətli irəliləyiş müşahidə olunur.
"Romada texniki qruplar çərçivə sazişinin tam tətbiqini irəlilətməyə diqqət yetirəcəklər. Buraya pilot zona prosesini genişləndirmək, bütün həll olunmamış sərhəd məsələlərini həll etmək və hərtərəfli sülh və təhlükəsizlik sazişi üzərində işləmək məsələləri daxildir. İlkin zonaların təcrübəsi bizə mərhələli şəkildə pilot zonanın tətbiqini mükəmməlləşdirməyə kömək edəcək", - deyə Dövlət Departamentinin rəsmisi bildirib.
Qeyd edilib ki, üçtərəfli Çərçivə sazişi İsrail və Livan arasında davamlı sülhə aparan yeganə yoldur və onun tam tətbiqi hər iki ölkənin açıq maraqlarına uyğundur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 28 İyul 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















