Icma.az
close
up
RU
İsrail və Türkiyəni qarşı qarşıya qoyacaq yeni plan: ABŞ dəstəkləmədi Bakı detalı

İsrail və Türkiyəni qarşı qarşıya qoyacaq yeni plan: ABŞ dəstəkləmədi Bakı detalı

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriyada druzların məskunlaşdığı Dəməşq ətrafı bölgələrdə iki gün davam edən silahlı toqquşmalardan sonra atəşkəs razılaşması qüvvəyə minib. Məlumata görə, Suriya rəsmiləri ilə druz icmasının ağsaqqalları arasında Dəməşq yaxınlığında görüş keçirilib. Nəticədə 20-yə yaxın Suriya hərbçisinin ölümü ilə nəticələnən insidentin təşkilatçılarının hüquq-mühafizə orqanlarına təhvil verilməsi barədə razılıq əldə olunub.

Druz liderlərindən birinin Məhəmməd peyğəmbəri təhqir etməsi ilə başlayan gərginlik, Suriya hökumətinin əraziyə qüvvə göndərməsindən sonra silahlı qarşıdurmaya çevrilib. Həmçinin İsrail hökumətinin bölgədəki druzların müdafiəsinə qalxdığı və Dəməşqə qarşı onların mövqeyini dəstəklədiyi açıqlanıb.

Bu gərginlik hara qədər davam edəcək? Suriya ətrafında yeni müharibə gözlənilirmi?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Suriyada druzların hökumətə qarşı ayaqlanmasının arxasında Təl-Əviv hökuməti dayanır:

“İsrail druzların müdafiəsi məqsədilə onların yaşadığı bölgələrə ordusunu yerləşdirib. Çünki Suriyada druzların məskunlaşdığı ərazilərdə muxtariyyət yaradılmasında maraqlıdır. Gərginliyin artması isə druz icmasının İslam peyğəmbərini təhqir etməsindən sonra baş verdi. Bu, təsadüfi deyil, çünki yəhudi ekstremist dairələri zaman-zaman Məhəmməd peyğəmbərə qarşı hörmətsiz davranışlarla çıxış edirlər. Məqsəd isə Suriya ordusunu təxribatlara çəkmək və bölgədə qarşıdurmanı alovlandırmaqdır.

Suriya hökuməti artıq druzların təxribatlarına qarşı əməliyyatlara başlayıb. İsrail bölgədə sabitliyin bərqərar olmasında maraqlı deyil, druzlara silah və logistik dəstək verməklə hakimiyyəti hədəfə alıb”.


Məhəmməd Əsədullazadə

Politoloq bildirib ki, əgər hökumət qüvvələri druzların silahlı hücumlarını dayandıra bilməsə, İsrailin Dəməşqdə hakimiyyət dəyişikliyinə getməsi mümkün olacaq:

“Təl-Əviv druzlardan ibarət proksi qüvvələr vasitəsilə Ankaraya qarşı çıxmağa çalışır və bu hücumlara İsrail hərbi hava qüvvələri dəstək göstərir. Lakin Türkiyə Suriyada siyasi rejimin dəyişməsinə imkan verməyəcək. Göründüyü kimi, İsrail və Türkiyə yenidən bu ölkədə birbaşa olmasa da, dolayı yollarla qarşı-qarşıya gəlir.

İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana planlaşdırılan səfəri, eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya mümkün səfəri ilə üst-üstə düşə bilər. Onların rəsmi Bakının vasitəçiliyi ilə görüşməsi də istisna edilmir. Lakin İsrailin Suriyada başlatdığı hərbi əməliyyatlar səbəbindən belə bir görüşün təxirə salınması da gözləniləndir”.

M.Əsədullazadə qeyd edib ki, İsrail siyasi və hərbi rəhbərliyi Suriya hökumət binalarına qarşı hücum ehtimalını açıq şəkildə müzakirə edir:

“Bu isə Təl-Əvivin Suriyada birbaşa rejim dəyişikliyi siyasəti yürütməyə başladığını göstərir. Həm Türkiyə, həm də İran bölgədə İsrailin təsir dairəsinin genişlənməsinə qarşı çıxır. Paralel olaraq ABŞ rəhbərliyi isə İsrailin Türkiyə siyasətini dəstəkləmir. Beləliklə, Suriyada İsrail və Türkiyə öz proksi qüvvələri vasitəsilə mübarizə aparacaq. Bu qarşıdurmalarda Ankaranın üstünlük əldə etməsi ehtimalı daha yüksəkdir.”

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 May 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri