İsrail və Venesuela 17 il sonra razılığa gəldi
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, müvafiq razılaşma iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri – Gideon Saar və Feliks Plasensiya arasında aparılan silsilə danışıqlardan sonra əldə olunub.
Yeni mexanizm hər iki ölkə vətəndaşlarına konsulluq xidmətlərinin göstərilməsinə, eləcə də Venesuelanın yəhudi icması ilə əlaqələrin saxlanılmasına imkan verəcək. Bundan əlavə, tərəflər iyun ayında Venesuelada baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığı davam etdirəcəklər; bu çərçivədə İsrailin humanitar missiyası artıq on minlərlə zərərçəkmişə yardım göstərib.
Bununla belə, diplomatik əlaqələrin tam bərpası barədə hələlik məlumat verilmir.
İsrail və Venesuela arasında diplomatik əlaqələr 2009-cu ildə ölkənin o zamankı prezidenti Uqo Çavesin təşəbbüsü ilə, İsrailin Qəzza zolağındakı "Tökmə qurğuşun" hərbi əməliyyatına etiraz əlaməti olaraq kəsilib. O vaxtdan bəri iki dövlət arasında rəsmi təmaslar mövcud deyildi.(Report)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 12 Avqust 2026 01:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















