İsrail XİN rəhbəri Avropa Komissiyasının iqtisadi tədbirlər planına münasibət bildirib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrailin xarici işlər naziri Gideon Saar Avropa Komissiyasında İsrailə qarşı irəli sürülən iqtisadi tədbirlər planına münasibət bildirib.
APA xəbər verir ki, bu barədə o özünün “X” hesabında paylaşım edib.
Saar təklifləri əxlaqi və siyasi cəhətdən təhrif olunmuş hesab edib və rəsmi şəkildə təsdiq olunmayacağına ümid etdiyini bildirib.
“İsrailə qarşı hərəkətlər Avropanın özünə ziyan verəcək. İsrail Avropadakı dostlarının köməyi ilə mübarizəyə davam edəcək. İsrailə qarşı atılan addımlara lazım olduğu kimi cavab veriləcək və ümid edirəm ki, buna ehtiyac olmayacaq”,- Saar qeyd edib.
Qeyd edək ki, Avropa Komissiyası İsrailin hərbi müdaxiləsindən sonra Qəzzadakı humanitar vəziyyətin pisləşməsi, humanitar yardımların bloklanması və İsrail hökuməti tərəfindən yeni qəsəbələrin salınması və ikidövlətli həll yolunun ciddi şəkildə ziyan görməsi səbəbindən İsrailə qarşı iqtisadi tədbirləri Avropa Şurasına təklif edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 17 Sentyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















