“Sualım budur!” rubrikası çərçivəsində gənclər üçün peşəyönümlü podcastlar hazırlanıb
Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Sualım budur!” rubrikası çərçivəsində gənclərin peşə seçimi və karyera planlamasına dəstək məqsədilə silsilə podcastlar hazırlanıb.
Layihənin əsas məqsədi gəncləri müxtəlif sahələr üzrə real təcrübəyə malik mütəxəssislərlə bir araya gətirməklə onların peşəkar dünyagörüşünü genişləndirmək, düzgün karyera istiqaməti seçmələrinə yardımçı olmaq və əmək bazarında tələb olunan bacarıqlar barədə dolğun məlumat təqdim etməkdir.
Rubrika çərçivəsində müxtəlif sahələri təmsil edən 10 mütəxəssislə müsahibə formatında podcastlar çəkilib. Podcastlar zamanı qonaqlar öz peşə yolundan, sahələrində qarşılaşdıqları çətinliklərdən, uğur hekayələrindən, gənclər üçün vacib olan bacarıqlardan və gələcək karyera imkanlarından bəhs ediblər. Eyni zamanda, gənclərin ən çox maraqlandığı suallar cavablandırılıb və praktiki məsləhətlər verilib.
Hazırlanan podcastlar gənclərin maraq dairəsini nəzərə alaraq interaktiv və maarifləndirici formatda ərsəyə gətirilib. Rubrika gənclərə yalnız nəzəri bilik deyil, həm də real təcrübəyə əsaslanan tövsiyələr təqdim etməklə onların öz potensiallarını daha yaxşı tanımasına imkan yaradır.
Layihə çərçivəsində ərsəyə gələn bütün podcast buraxılışlarının uzunmüddətli resurs kimi istifadəsi nəzərdə tutulur. Materialların sosial şəbəkələr və onlayn platformalar vasitəsilə geniş auditoriyaya çatdırılması təmin edilir ki, bu da daha çox gəncin faydalanmasına şərait yaradır.
Qeyd edək ki, “Sualım budur!” rubrikası gənclərin peşəkar inkişafına töhfə verməklə yanaşı, cəmiyyətdə peşə yönümlü maarifləndirmənin gücləndirilməsini hədəfləyir. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun gənclərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş təşəbbüslərinə uyğun olaraq icra olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 21 Dekabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















