İsrail Yəməndə üstünlük əldə edir Politoloq
Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.
“Husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri və Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi qüvvələr arasında gedən döyüşlərdə husilər üstünlük qazandılar və Babül-Məndəb boğazına nəzarəti ələ keçirdilər. Təbii ki, bu hadisə ABŞ və İsrail tərəfində ciddi narahatlıq və müəyyən mənada şok effekti yaratdı. Eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri ilə Səudiyyə Ərəbistanı arasında yaranan böhran da husilərin mövqelərinin güclənməsinə şərait yaratdı”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, İsrail husilərin qələbəsindən ciddi narahatlıq keçirirdi:
“Çünki husilərin bölgədə mövqelərinin güclənməsi, müəyyən mənada, İranın regional təsirinin artmasıdır. Bu baxımdan Səudiyyə Ərəbistanının İsrailə müraciət edərək husilərə qarşı zərbələrin endirilməsini istəyirdi. Bundan əlavə, İsrail prosesə daha fəal şəkildə müdaxilə etməyə başladı. Baş nazir Benyamin Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında yaranmış fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində də müəyyən vasitəçilik həyata keçirdi. Daha sonra BƏƏ rəsmilərinin Səudiyyə Ərəbistanına səfərləri fonunda iki ölkə arasında münasibətlər yenidən normallaşmağa başladı. Hazırda isə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri birgə koalisiya çərçivəsində fəaliyyət göstərərək husiləri Babül-Məndəb boğazından uzaqlaşdırmağa çalışırlar və bu istiqamətdə hərbi əməliyyatlar həyata keçirirlər”.
Onun sözlərinə görə, ABŞ də bu prosesə müxtəlif formalarda dəstək verir:
“Eyni zamanda, Səudiyyə Ərəbistanının hərbi aviasiyasının husilərin mövqelərinə qarşı hava zərbələri endirməsi də prosesin hərbi xarakterini daha da gücləndirir.Bu prosesin əsas nəticəsi Babül-Məndəb boğazında nəzarətin kimdə qalmasından asılı olacaq. Çünki bu boğaz yalnız Yəmən üçün deyil, Qırmızı dənizdən keçən beynəlxalq ticarət və enerji marşrutları baxımından da strateji əhəmiyyət daşıyır. Bu səbəbdən husilərin burada mövqelərinin möhkəmlənməsi regional güc balansına, eləcə də İran–Səudiyyə Ərəbistanı qarşıdurmasına birbaşa təsir göstərə bilər.Hazırda Husilər məğlub olmaqdadır. Göründüyü kimi, İsrail Səudiyyə Ərəbistanı və BƏƏ arasında münasibətləri düzəldikdən sonra hökumət qüvvələri üstünlük qazanır. ABŞ, İsrail və ərəb ölkələri Husilərin Babül-Məndəb boğazına nəzarəti altında saxlamağa razılaşmazdılar”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 06 Oktyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















