Icma.az
close
up
RU
İsrail yenidən əməliyyatlara başlaya bilər “Tramp xəbərdarlığında ciddidir”

İsrail yenidən əməliyyatlara başlaya bilər “Tramp xəbərdarlığında ciddidir”

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp HƏMAS-ı bütün girovları dərhal azad etməyə çağırıb. O, əks halda ciddi nəticələrin olacağını bildirib. “Ağıllı qərar qəbul edin – onları indi azad edin, yoxsa bunun əvəzini ödəməli olacaqsınız”, – deyə Tramp HƏMAS-ı hədələyib. 

Trampın bu açıqlamalarında məqsədi nədir? ABŞ HƏMAS-a qarşı yeni əməliyyata əsas yartmaq istəyir?

Sfera.az saytına açıqlama verən politoloq Oqtay Qasımov hesab edir ki, Trampın bu çağırışı əvvəlki xəbərdarlıqlarının davamıdır və ABŞ-nin İsrailə hərbi dəstəyini artıracağı ehtimalını gücləndirir.

“Donald Tramp hazırda güc yolu ilə təzyiq göstərmək və nəticə almaq siyasəti yürüdür. ABŞ-nin İsrailə verdiyi hərbi dəstək bunun əsas göstəricisidir”, - söyləyən ekspert bildirdi ki, Tramp daha əvvəl də HƏMAS-a müraciət edərək girovların qeyd-şərtsiz azad olunmasını tələb edib və əks halda bunun ağır nəticələri olacağını bəyan edib:

“İndi də eyni ritorikanı davam etdirir və bu çağırış daha konkret təhlükələr ehtiva edir. Əgər HƏMAS girovları azad etməsə, İsrailin genişmiqyaslı hərbi əməliyyatlara başlaması ehtimalı ciddi şəkildə artır. ABŞ İsrailə ən müasir silahların tədarükünü davam etdirir və bu silahlar arasında yeraltı bunkerləri və tunelləri məhv edə bilən raketlər də var. Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun son görüşündə bu silahların İsrailə verilməsi məsələsi razılaşdırılıb. Bu isə o deməkdir ki, İsrail HƏMAS-ın gizli tunel şəbəkələrinə qarşı daha sərt və effektiv hücumlar təşkil edə bilər". 

Bəs HƏMAS Trampın çağırışına necə cavab verəcək? 

Politoloq hesab edir ki, HƏMAS Trampın bu mesajını ciddi şəkildə nəzərə almalıdır. Onun fikrincə, təşkilat girovların azad edilməsinə razılıq verməsə, ABŞ və İsrailin daha sərt addımlar atacağı qaçılmazdır:

“Hazırkı vəziyyət göstərir ki, İsrail və ABŞ HƏMAS-a qarşı maksimum təzyiq siyasətini davam etdirəcək. Girov məsələsinin uzanması Trampın daha sərt qərarlar qəbul etməsi ilə nəticələnə bilər. Bu qərarlar ya İsrailin hərbi əməliyyatlarının intensivləşdirilməsi, ya da HƏMAS-ın əsas liderlərinə qarşı birbaşa hücumların artması istiqamətində ola bilər. HƏMAS bu riskləri nəzərə alaraq müəyyən güzəştlərə getməyə məcbur ola bilər və bu prosesin nəticəsi olaraq girovların azad edilməsi baş tuta bilər”. 


Ekspertin sözlərinə görə, HƏMAS üçün alternativ variant beynəlxalq vasitəçilər, xüsusilə Misir və Qətərin iştirakı ilə girov məsələsini həll etməyə çalışmaq olacaq. Lakin İsrailin və ABŞ-nin tələbləri nəzərə alınarsa, bu prosesin uzanması HƏMAS üçün daha ciddi təhlükələr yaradacaq. 

Bəsti Rəfizadə
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://sfera.az
archiveBu xəbər 06 Mart 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri