İsraildə hava həyəcanı siqnalı çalındı
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrailin Qəzza zolağı ilə sərhədində uzun müddətdən sonra ilk dəfə hava həyəcanı siqnalı qaldırılıb.
“Qafqazinfo” İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinə istinadən xəbər verir ki, həyəcan sirenaları sərhədyanı Nahal-Oz yaşayış məntəqəsində işə düşüb və yerli sakinlər raket atəşi təhlükəsi ilə bağlı xəbərdar ediliblər.
Hərbçilər hadisənin təfərrüatlarını araşdırdıqlarını bildiriblər. Bir qədər sonra verilən rəsmi açıqlamada həyəcanın yalançı olduğu diqqətə çatdırılıb.
Xatırladaq ki, sentyabrın 22-də İsrailin müdafiə naziri İsrael Kats fələstinli döyüşçülər tərəfindən hətta bir nəfər İsrail hərbçisi və ya mülki şəxsi oğurlanacağı təqdirdə, Qəzza şəhərinin 1 milyonluq əhalisini anklavın cənubuna köçürəcəyi ilə hədələmişdi. Nazir bildirmişdi ki, belə bir ssenaridə Qəzzanı da Rəfah, Beyt-Hanun və hazırda İsrail qoşunlarının nəzarətində olan anklav ərazisinin 70%-i kimi dağıntılar gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 29 Sentyabr 2026 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















