İsraildə hərbi zavodda işləyirəm Milli Qəhrəmanın qardaşı
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Artıq 31 ildir ki, İsraildə yaşayıram. Hazırda İsraildə hərbi zavodda işləyirəm”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantiq Aqarunov deyib. İsrailin Akko şəhərində yaşayan Rantiq Aqanurov hazırda hərbi zavodda çalışdığını bildirib:
Rantiq Aqanurov hər il şəhid qardaşı Albert Aqanurovun ad günü və şəhid olduğu gündə Azərbaycana getdiyini söyləyib:
Modern.az-a müsahibəsində İsraildəki həyatından, Vətən sevgisindən və ailəsinin Azərbaycana bağlılığından danışıb.
“Bu illər ərzində elə bir vaxt olmayıb ki, doğma torpaqlarımı ziyarət etməyim. Yalnız bir il koronavirus pandemiyası (karantin) səbəbindən gələ bilməmişdim. Ailəmizdən təkcə mən yox, bacılarım və qardaşlarım da var. Buna baxmayaraq, ailəlikcə tez-tez Azərbaycana gedib-gəlir, doğma torpaqlarımızla əlaqəmizi heç vaxt kəsmirik”.
Qeyd edək ki, bu gün İsrailin Akko şəhərinin bələdiyyə sədri şəhərdə Albert Aqanurovun adına lövhə qoyulacağını deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 02 Sentyabr 2026 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















