Icma.az
close
up
RU
İsraildə konstitusiya böhranı yarana bilər Baş nazirdən qalmaqal yaradan növbəti qərar

İsraildə konstitusiya böhranı yarana bilər Baş nazirdən qalmaqal yaradan növbəti qərar

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

İsrailin Baş naziri Benyamin Netanyahu keçmiş Hərbi Dəniz Qüvvələri komandiri Eli Şarviti “Şin Bet”-in- daxili təhlükəsizlik xidmətinin rəhbəri təyin edib.

“AzPolitika” İsrail mediasına istinadla xəbər verir ki, Ali Məhkəmənin sözgedən xidmətin hazırkı rəisinin işdən çıxarılması barədə Baş nazirin qərarının aprelin 8-dək dondurulması barədə qərar çıxarmasına baxmayaraq, Netanyahu belə addım atıb.

"Yeddi uyğun namizədlə müsahibələr aparan Baş nazir Benyamin Netanyahu İsrail Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı vitse-admiral Eli Şarviti “Şin Bet”-in növbəti direktoru təyin etmək qərarına gəlib", - Baş Nazirlik Ofisinin bəyanatında deyilir.

“Şin Bet”-in hazırkı rəhbəri Ronen Barın işdən çıxarılması ilə bağlı məhkəmə hələ yekun qərar vermədiyi üçün Şarvitin nə vaxt və necə rəsmi olaraq vəzifəyə başlaya biləcəyi bəlli deyil.

Netanyahu martın 21-də Barın istefaya göndərildiyini elan edərək , ona davamlı etimadsızlıq göstərib. Lakin İsrail müxalifətinin və qeyri-hökumət təşkilatının petisiyalarından sonra İsrail Ali Məhkəməsi Barın işdən çıxarılmasını dayandırıb. Bar 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumu zamanı İsrailin təhlükəsizliyini təmin etməməkdə icra hakimiyyətini günahlandırdıqdan sonra onun hökumətlə münasibətləri pisləşib.

Hüquqşünaslar və müxalifət liderləri xəbərdarlıq edirlər ki, məhkəmə Ronen Barın işdən çıxarılmasını ləğv edərsə, məhkəmə və icra hakimiyyəti arasında münaqişə yarana bilər və ölkə konstitusiya böhranı ilə üzləşə bilər.

Baş prokuror Qali Baharav-Miara Baronun işdən çıxarılmasına dair qərardan dərhal sonra bildirib ki, Netanyahuya yeni “Şin Bet” rəhbəri təyin etmək qadağan edilib. O, həmçinin Netanyahuya maraqların toqquşması ilə bağlı şübhələrini ifadə edib. Bununla belə, Baş nazir təkid edir ki, daxili təhlükəsizlik xidmətinə kimin rəhbərlik edəcəyi onun hökumətindən asılıdır.

Minlərlə israilli keçən həftə Barın işdən çıxarılmasına etiraz edərək, Qəzzada saxlanılan girovların geri qaytarılmasını tələb edib. Etirazçılar parlament tərəfindən seçilmiş siyasətçilərə hakimlərin təyinatında daha böyük təsir imkanları verəcək qanuna etiraz ediblər. Bu qanunu Netanyahu hökuməti təklif edib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 31 Mart 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri