Netanyahu: “İsraildə vətəndaş müharibəsi olmayacaq
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, uzun müddətdir ultra-ortodoks yəhudilər (Haredilər) arasında etiraz və mübahisələrə səbəb olan məcburi hərbi xidmət qanunu ölkədə vətəndaş müharibəsinə gətirib çıxarmayacaq.
Turkustan.az xəbər verir ki, İsrailin 14-cü Kanal televiziyasında yayımlanan proqramda çıxış edən Netanyahu xatırladıb ki, çağırışdan yayınan Yeşiva (Tövrat məktəbi) tələbələrinin həbs edilməsi praktikası dayandırılıb.
Onun sözlərinə görə, Haredi icmasının ordu sıralarına qoşulması vacibdir, lakin bu proses məcburi deyil, könüllülük prinsipi əsasında həyata keçirilməlidir.
Netanyahu əlavə edib ki, qarşıdakı aylarda keçiriləcəyi gözlənilən seçkilərdən sonra formalaşacaq yeni hökumət məcburi hərbi xidmət qanununu qəbul edə bilər.
“Biz bunu xalqı bölmədən edəcəyik və mən vətəndaş müharibəsi istəmirəm. Burada vətəndaş müharibəsi olmayacaq”, – deyə Netanyahu bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 01 İyul 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















