Icma.az
close
up
RU
İsraildən 12 xala görə Azərbaycana təşəkkür Video

İsraildən 12 xala görə Azərbaycana təşəkkür Video

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025" beynəlxalq mahnı müsabiqəsində Azərbaycan 12 xalı İsrailə verib.

Axşam.az-ın məlumatına görə, səsvermə zamanı İsrail təmsilçisi Yuval Rafaelin ifa etdiyi “New Day Will Rise” (“Yeni Gün Doğacaq”) mahnısına ən yüksək xalı yalnız Azərbaycan münsiflər heyəti təqdim edib.

Bu hadisə İsrailin “Günün hadisələri” proqramında müzakirə mövzusuna çevrilib. Proqramın qonağı isə Bakıda dünyaya gələn, Azərbaycan üzrə mütəxəssis, politexnoloq Roman Qureviç olub.

Proqramın aparıcısı Azərbaycan münsiflərinin və tamaşaçılarının səsverməsi ilə bağlı bunları deyib:

“Dostlarımız bizə 12 xal verdilər, bizi dəstəklədilər və mən düşünürəm ki, məhz onların sayəsində ikinci yeri tuta bildik. Təəssüf ki, birinci yer üçün yetərli olmadı, amma bu gün mediada deyildiyi kimi – biz əslində qalib gəldik, sadəcə olaraq ikinci yeri tutduq.”

R.Qureviç isə öz növbəsində bu fikirləri səsləndirib:

“Qalib gəldik. Bu, şübhəsiz belədir. Baş verənlər simvolik bir mənzərədir. Bizə maksimum – 12 xal verən yeganə ölkə Azərbaycan oldu. Bu, ölkənin rəsmi münsiflər heyətinin qərarı idi. Azərbaycan xalqının səsverməsi də maksimum İsrailin xeyrinə oldu. Bunu başa düşmək, bu münasibəti, dostluğu və sevgini qiymətləndirmək lazımdır.

Avropanın sadə insanları bizim ifaçımıza maksimum səs verdi. Amma 22 Avropa ölkəsi siyasi səbəblərə görə xallarını bizdən əsirgədi. Avropada elitalar var ki, onlar bizi istəmir. Amma sadə insanlar anlayırlar ki, terrorizm, bütün dünyaya təhdiddir. Biz isə hazırda bu bəlaya qarşı mübarizənin ön cəbhəsindəyik.

Rəsmi münsiflər heyətinin və xalqın istəklərinin tam üst-üstə düşdüyü yeganə ölkə Azərbaycan oludu. Mən azərbaycanlı dostlarımıza bir cümlə demək istəyirəm: "Çox sağ olun, qardaşlar! Biz sizi sevirik! Biz sizə çox minnətdarıq".

Qeyd edək ki, bu il ölkəmizi yarışmada "Mamagama" qrupu “Run with you” mahnısı ilə təmsil edib. Onlar yarışmanın finalına vəsiqə qazana bilməyiblər.

Müsabiqədə 436 balla Avstriya birinci olub. 

Onu da qeyd edək ki, Yuval Rafael yarı azərbaycanlıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://axsam.az
archiveBu xəbər 19 May 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri