İsraildən XƏBƏRDARLIQ: “İrana hücum an məsələsidir” ÖZƏL
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
“İran ətrafında vəziyyət daha da gərginləşməyə doğru inkişaf edir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında israilli politoloq, siyasi elmlər namizədi, "Aziznews.com" saytının redaktoru Yuri Boçarov deyib.
Pakistanda ABŞ və İran arasında danışıqları şərh edən analitik, nəticəsiz başa çaran görüşün regionda yeni hücumlarla əvəzlənəcəyinə diqqət çəkib:
“İsrail liderləri artıq İran infrastrukturuna zərbə endirməyə hazır olduqlarını bildiriblər. Ən əsası isə bu cür hərəkətlər, çox güman ki, ABŞ ilə əlaqələndiriləcək. Lakin sərt ritorikaya baxmayaraq, hazırda dərhal zərbə gözlənilmir. Siyasi və hərbi manevrlər məntiqinə əsaslanan Donald Trampın nisbi sakitlik dövründə birbaşa hücuma keçməsi ehtimalı azdır”.
Analitik bildirib ki, daha çox ehtimal olunan ssenari İrandan əks-hücum və ardınca sərt cavab gözləməkdir:
“Eyni zamanda, Tehranı hərəkətə keçməyə təhrik etməyə yönəlmiş təxribatçı təzyiq elementləri də istisna edilə bilməz. Əslində, biz artıq tədricən gərginləşmənin başlanğıcının şahidi oluruq: İsrail Livanda Hizbullaha və Qəzza zolağında Həmasa qarşı hərbi əməliyyatları gücləndirib. Bu, münaqişənin daha geniş regional konfiqurasiyasının inkişaf etdiyini göstərir. Buna görə də, birbaşa qarşıdurma an məsələsi olaraq qalır. Mövcud dinamikaya əsasən, tezliklə hərəkətə keçiləcək”, - deyə Y.Boçarov əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 14 Aprel 2026 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















