Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

İsrailə qarşı cihad elanı: Bu qərarın effektivliyi sual altındadır

İsrailə qarşı cihad elanı: Bu qərarın effektivliyi sual altındadır

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

 Dünya Müsəlman Alimlər Birliyi isə ümumilikdə siyasi, hərbi resurslara malik olmayan, zəif qurumdur və onun verdiyi bu qərar simvolik xarakter daşıyır


“Dünya Müsəlman Alimlər Birliyi İsrailə qarşı cihad elan edib. Cihada səbəb kimi Fələstin (Qəzza) və Suriyadakı vəziyyət, İsrailin artan təzyiqləri, apardığı əməliyyatlar göstərilib. İsrailin Yaxın Şərqdəki fəallığı diqqət çəkir. Livanın cənubunda “Hizbullah”a, Qəzzada HƏMAS-a, Yəməndə isə husilərə qarşı həyata keçirilən əməliyyatlar müəyyən müddətə qədər antiterror tədbirləri kimi qiymətləndirilə bilərdi. Çünki adıçəkilən qruplaşmalar vaxtaşırı İsrailə hücum edir, ölkənin təhlükəsizliyinə ciddi təhdid yaradırdı”. 


Bu fikirləri “Sherg.az”a açıqlamasında politoloq Turan Rzayev bildirib. 


O söyləyib ki, İsrailin Bəşər Əsəd dövründə Suriyada keçirdiyi əməliyyatlar da qismən anlaşılan idi:


“Çünki Əsəd İrana sadiq şəxs sayılırdı və dolayı yolla Tehranın regiondakı proksi qüvvələrindən biri hesab olunurdu. İsrail Suriyada hakimiyyət dəyişikliyindən və mərkəzi hakimiyyətin hələ zəif olmasından istifadə edərək, həm etnik və dini azlıqları dəstəkləyir, həm də bu ölkəyə hücumlarını davam etdirir. Bununla paralel olaraq Təl-Əviv, miqyasca kiçik olsa da, bəzi əraziləri ələ keçirir və bu torpaqları tərk etməyəcəyini açıq şəkildə bəyan edir. Bu baxımdan Dünya Müsəlman Alimlər Birliyinin İsrailə qarşı cihad elan etməsi başadüşüləndir. Lakin bu qərarın effektivliyi və İsraili dayandıra biləcəyi ehtimalı sual altındadır. Ümumiyyətlə, islam aləmində sonuncu rəsmi cihad çağırışı (bəyannaməsi) 111 il əvvəl – 1914-cü ilin noyabr ayında Osmanlı imperiyasının 35-ci sultanı və 114-cü islam xəlifəsi V Mehmed Rəşad tərəfindən elan edilmişdi. Bu çağırış Birinci Dünya müharibəsi ilə əlaqədar dünya müsəlmanlarına ünvanlanmış və onları xəlifənin rəhbərliyi altında islam bayrağı ətrafında birləşməyə səsləyirdi. Lakin bu təşəbbüs də nəticəsiz qaldı. Əksinə, Şərif Hüseynin rəhbərliyi ilə ərəblər Osmanlıya qarşı müttəfiqlərin tərəfində yer aldılar. Fransa, Böyük Britaniya, hətta Rusiya ordularının tərkibində minlərlə müsəlman Osmanlıya qarşı döyüşdü”.


Ekspert qeyd edib ki, tarixi baxımdan məsələyə yanaşdıqda, hətta islam xəlifəsinin cihad çağırışının belə nəticəsiz qaldığını görürük:

“Bu isə göstərir ki, dini çağırışın da ciddi təsir gücü yoxdur. Dünya Müsəlman Alimlər Birliyi isə ümumilikdə siyasi, hərbi resurslara malik olmayan, zəif qurumdur və onun verdiyi bu qərar simvolik xarakter daşıyır. Ümumiyyətlə, bu gün islam aləmində cihad qərarı verəcək nüfuzlu bir siyasi fiqur (xəlifə) və yaxud bu qərar əsasında islam koalisiyası yarada biləcək bir dövlət yoxdur. Təbii ki, Türkiyə, İran və Pakistan kimi güclü müsəlman ölkələri var, lakin bu dövlətlər siyasi və hərbi cəhətdən güclü olsalar da, dini liderlik funksiyasını yerinə yetirə bilmirlər. Hazırda dünya geosiyasəti din deyil, daha çox milli, regional və imperialist maraqlar əsasında formalaşır. Din amili siyasi alət kimi istifadə olunsa da, təsir dairəsi məhduddur. İsrailə qarşı gerçək mənada formalaşmış yeganə islam koalisiyası 1948-ci ildə Birinci Ərəb–İsrail müharibəsi zamanı meydana gəldi. Lakin həmin müharibə də müsəlmanların, daha dəqiq desək, ərəblərin ağır məğlubiyyəti ilə nəticələndi. Ən önəmli məqamlardan biri isə ABŞ-ın İsrailin təbii protektoruna çevrilməsidir ki, bu da İsrailə beynəlxalq arenada faktiki toxunulmazlıq statusu qazandırır. Hətta İran belə İsrailə qarşı total müharibə elan etməyə risk etmir. Əgər İsrailin Yaxın Şərqdə apardığı əməliyyatlar həqiqətən İslam ölkələrini narahat etsəydi, Dünya Müsəlman Alimlər Birliyi cihad çağırışı etməkdənsə, ilk növbədə neft və qaz kimi strateji resurslar üzərindən təzyiq göstərərək, ABŞ başda olmaqla Qərbi çətin vəziyyətə sala bilərdi. Lakin bu istiqamətdə heç bir real addım atılmır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Aprel 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see416

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see350

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see340

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see339

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see316

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see313

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see306

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see263

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see251

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see246

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see239

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see233

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see227

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see221

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see214

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see212

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see204

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see203

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see191

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri