Icma.az
close
up
RU
İsrailə qarşı qlobal etirazlar artıq ən yüksək həddə çatmağa başlayıb ŞƏRH

İsrailə qarşı qlobal etirazlar artıq ən yüksək həddə çatmağa başlayıb ŞƏRH

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Yaxın Şərqin yenidən dizayn olunması prosesi olduqca ziddiyyətli bir mərhələyə qədəm qoyub. Amerika Birləşmiş Ştatları və İsrail ortaq mövqedən çıxış edərək Yaxın Şərqdə yeni situasiya, özləri tərəfindən idarə oluna biləcək vəziyyət yaratmağa çalışırlar. Bu səbəbdən də İsrail faktiki olaraq Yaxın Şərq ölkələrinə qarşı, xüsusilə də Qəzza bölgəsində sərt hərbi əməliyyatlar, amansız hərbi əməliyyatlar aparır".

Bu fikirləri Redaktor.az-a politoloq Elçin Xalidbəyli İsarilin Baş naziri Benyamin Netayhanunun Fələstin dövlətinin qurulması ehtimalını rədd etməsindən danışarkən bildirdi.

"Yaxın Şərqin yenidən dizayn olunması prosesinin ilk mərhələsində İsrailə dəstək verən Qərb ölkələrinin müəyyən hissəsi artıq İsrailin əleyhinə mövqe tutmağa başlayıblar. Kanada Fələstinin müstəqil dövlət statusunu artıq tanıyıb. Böyük Britaniya, Portuqaliya da Fələstin dövlətçiliyini tanıyıb. Fransa da Fələstin dövlətini artıq tanıyıb. İspaniya hətta İsrailə qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Xüsusilə də İspaniya və İsrail arasında imzalanmış hərbi müqavilələr, hərbi ticarət müqavilələri ləğv edilir. Avropa Birliyinə də müraciət olunub ki, İsrailə qarşı iqtisadi sanksiyalar tətbiq eləsin", - deyə o, qeyd etdi.

Siyasi şərhçinin sözlərinə görə, hazırda geopolitik proseslər, Qərb dövlətlərinin siyasi mövqeyi İsrailin əleyhinə yönəlməyə başlayıb:

"Ancaq Amerika Birləşmiş Ştatlarının dəstəyini öz arxasına alan İsrail geri çəkilmək istəmir. Müstəqil Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəyini bəyan edir və bu da böyük ehtimalla İsrail və Qərb dövlətləri arasında ziddiyyətləri daha da artıra bilər. Belə situasiyada Amerika Birləşmiş Ştatlarının dəstəyi İsrailin bu situasiyadan çıxması üçün hansı səviyyədə imkanlar qazandıracağı hələlik müəmmalı olaraq qalır. İsrailə qarşı qlobal etirazlar artıq ən yüksək həddə çatmağa başlayıb".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Sentyabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri