Icma.az
close
up
RU
İsrailə uduzan İran Azərbaycandan nəyin qisasını almağa çalışır?

İsrailə uduzan İran Azərbaycandan nəyin qisasını almağa çalışır?

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

İran İsraillə bacarmır, amma əsəbidir. Təhlükəsizlik sistemləri işləmir, pilotsuz uçan aparatlar Tehranın qəlbinə qədər girir, nüvə obyektlərində partlayışlar olur. Bəs bu "böyük dövlət"in cavabı nədir? Gözünü Azərbaycana dikmək! İsraillə bacarmayıb, bölgədəki yeganə müstəqil, güclənən türk dövlətinə hədə-qorxu gəlmək: dronlarla, raketlərlə və bir də terrorçularla. Amma görünür, Tehran yenə unudur: bu tərəfdə dövlət var. Öz xalqını, sərhədini və insanını qoruyan dövlət.

Çox uzağa getməyək, son iki ildə İranın Azərbaycana olan "mehriban" qonşuluq siyasətinə nəzər yetirək.

2023-cü il martın 28-də Azərbaycan millət vəkilinə qarşı təşkil olunan sui-qəsd, sadəcə, bir cinayət deyildi. Bu, Tehran rejiminin terroru siyasi alətə çevirməsinin daha bir sübutu idi. Nə təsadüf, elə həmin gün təhlükəsizlik orqanlarımızın yaranmasının 104-cü ildönümü qeyd olunurdu və ertəsi gün, yəni martın 29-da Azərbaycanın İsraildə səfirliyi açılırdı. Bəli, elə bil Tehran mesaj verirdi: "İsraillə dostluq edərsinizsə, bu, sonunuz olar". Amma görünür, poçtalyon ünvanı səhv salmışdı. Biz o mesajı açmadıq, əvəzində göndərənin əməllərini oxuduq.

Digər tərəfdən, İran həm diplomatik nümayəndəliklərə silah çəkir, həm də öz media şəbəkəsində Azərbaycan xalqına, Azərbaycan Prezidentinə qarşı nalayiq ifadələr işlədir. Adını da "azad media" qoyur, arxasında isə SEPAH, ETTELAAT, mollalar növbəyə düzülürlər.

Sosial şəbəkələrin İran seqmentində isə dövlətimizə qarşı terror çağırışları tirajlanır. Hətta bəzi kanallar raketlə hücumdan belə danışırlar. Təbii ki, "dəqiq" və "etibarlı" mənbəyə, heç kimin tanımadığı bir "Telegram" kanalına istinadla.

Unutmamalıyıq ki, İran, islam dövləti olmasına rəğmən, Azərbaycanın Vətən müharibəsində Ermənistana açıq dəstək vermiş, onun əsas silah təminatçılarından biri olmuşdu. Bu azmış kimi, Zəngəzur dəhlizini bu gün də özünün "qırmızı xətt"i adlandırmaqda davam edir. Niyə əcəba? Azərbaycanın Türkiyə ilə daha da yaxınlaşması İranı bu qədərmi narahat edir?!

Vətən müharibəsində Azərbaycanın qələbəsini həzm edə bilməyən bu rejim "fəaliyyət"ini ölkəmizdə qurduğu casus şəbəkələri ilə davam etdirmək istəyib. Bu alınmayanda isə aqressivləşib. Amma unudur ki, bu ölkədə Dövlət Təhlükəsizliyi Xidməti var. Sadəcə, "dinləyən" deyil, "zərərsizləşdirən" bir qurum və ən əsası, bu ölkədə xalq var. 20 Yanvarın qanlı küçələrindən, Qarabağın odlu dağlarından, müstəqilliyin acı-şirin yollarından keçmiş bir xalq. Onu nə raket qorxuda bilər, nə də molla fətvaları.

Bəli, bu xalq öz dövlətinə inanır. Bu xalq Prezidentinə arxayındır. İran rejiminin 45 illik uğursuz metodları ilə bu xalqın iradəsini qırmaq mümkün olmayıb və bundan sonra da mümkün olmayacaq.

Molla rejimi nəhayət anlamalıdır ki, Azərbaycan kimsənin qaranlıq oyunlarının qurbanı deyil və bir daha xatırladaq: təhdid dili bizim üçün çoxdan ölü bir dildir.

Ətraflı Baku TV-nin videomaterialında:

İsrailə uduzan İran Azərbaycandan nəyin qisasını almağa çalışır?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 İyun 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri