Icma.az
close
up
RU
İSRAİLİN GƏLƏCƏYİ DƏ TÜRKİYƏNİN ƏLİNDƏ... Ankaranın Suriya həmləsi regionda tamamilə yeni situasiya yaradır AzPolitika onlayn siyasiictimai qəzet

İSRAİLİN GƏLƏCƏYİ DƏ TÜRKİYƏNİN ƏLİNDƏ... Ankaranın Suriya həmləsi regionda tamamilə yeni situasiya yaradır AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

 Namiq Bilal 

Turkiyənin Suriyada başlatdığı böyük hərəkat və əldə etdiyi böyük qələbə Böyük Orta Doğunun tamamını ildırım sürəti ilə dəyişir. Bu dəyişiklik xüsusi ilə iki region dövlətinin maraqlarını baltalayır. Bunlardan birincisi İrandır. Bu barədə çox yazılıb. İkincisi isə İsraildir. Əsəd rejiminin çökməsinin İsrail üçün hansı təhlükəni yaratdığını araşdırmağa çalışaq.

Əslində İranın bölgədən çəkilməsi və Livan “Hizbullah”ına silah axınının dayanması İsrail üçün olduqca sərfəlidir. Lakin, İsraildən gələn xəbərlər, Türkiyə dəstəkli müxaliflərin hakimiyyətə gəlişinin, yəhudi dövləti üçün “Hizbullah”a silah axınından daha təhlükəli olduğunu söyləməyə əsas verir.

Son günlər ərzində İsrail Müdafiə Nazirliyi və Baş Qərəgahı uzun və gərgin toplantlar keçirir. İsrail Müdafiə Nazirliyindəki mənbələrin açıqlamalarına görə, Suriyada mərkəzi dövlətin yoxluğu və bir- biri ilə didişən çaxsaylı qruplaşmaların yaratdığı xaos yəhudi dövləti üçün ən sərfəli variant idi. Üstəlik, xaos içində boğulan Suriya ərazilərindəki ˝vəd olunmuş torpaqlarda˝ ˝Böyük İsrail˝ dövləti qurmaq planları İsrail hakimiyyətinin ən yüksək pillələrində ciddi şəkildə dəstəklənirdi. Bunun üçün Suriyanın və İraqın şimalında kürd separatizmi ən yüksək səviyyədə dəstəklənirdi. Bu günlərdə İsrail xarici işlər naziri xüsusi bəyanatla çıxış edərək ˝var gücümüzlə kürd müttəfiqlərimizin yayındayıq˝ ifadələrini işlədib.

Türkiyənən Suriya həmləsi İsrail və ABŞ-nin 40-50 ildir həyəta keçirməyə çalışdığı ˝Böyük İsrail˝ planını alt-üst etdi. Tramp ˝Suriyada işimiz yoxdur˝ deyirsə, deməli kürd separatçılarının da arxasından çəkilir. Ankaranın dəstəklədiyi Suriya Milli ordusu PKK-PYD terrorçularını nəzrət edtikləri torpaqlardan qovur. ABŞ susur.

˝Kürd separatizmi˝ kartının əldən çıxması və Suriyada yüksək döyüş qabiliyyətli orduya sahib vahid dövlətin yaranması, İsrail baxımından olduqca əndişə vericidir. Üstəlik, Qəzza və Livan müharibələri İsrail ordusunun bacarıqsızlığını bütün dünyaya nümayiş etdirdi. İsrail Suriya ərazisi olan Qolan təpələrini işğal edib. Xaos içindəki Suriya İsraildən öz torpaqların tələb edə bilmirdi. Türkiyə dəstəkli yeni Suriyanın hansı tələblər irəli sürəcəyi isə İsrail üçün ən tıhlükəli gözləntilər sırasındadır.

İsrailin fələstinlilərə qarşı uzun illər boyu apardığı amansız basqı və kütləvi qətllər siyasəti, ətrafdakı ərəb dövlətlərini yəhudi dövlətinə düşmənə çevirib. Bu gün tam çılpaqlığı ilə görünməsə də, İsrail acınacaqlı durumdadır. Dörd tərəfdən yüz milyonlarla qəzəbli insan kütləsi ilə əhatələnib, ordusu bacarıqsızdır və düşmənləri sırasına yüz minlərlə odun-alovun içindən çıxmış təcrübəli döyüşçüsü olan Suriya da qoşulur.

ABŞ İsrailin təhlükəsizliyini təmin etmək üçün körfəzdəki ərəb monarxiyaları ilə yəhudi dövləti arasında ˝İbrahim Anlaşmaları˝ paktını dövrəyə soxmağa calışırdı. Qəzza müharibəsi bu planları alt-üst etdi. Türkiyənin Suriya qələbəsi isə regionda tamamilə yeni situasiya yaradır. Ankara reallaşdırdığı çox böyük həmlə ilə ABŞ, Rusiya, İran, İsrail və ərəb monarxiyaları da daxil, Suriyada marağı olan bütün tərəfləri oynndankənar vəziyyətə saldı.

Adları çəkilən bütün dövlətlər Əsəd rejiminin çökməsindən çox qayğılıdırlar. Müxaliflərin bu qələbəsi regionda domino effekti yarada bilər. Rejimin çökdürülməsi, öz oyununu səbrlə quran Türkiyənin regiondakı hərbi, siyasi və psixoloji üstünlüyün rəsmən elanıdır. Türkiyə Böyük Orta Doğu regionunun hamisi olmaq istiqamətində irəliləyir, və başqa güclər də bunu qəbul etmək zorundadırlar.


Türkiyə Şama qədər gələrək İsraillə ˝qonşu oldu˝. Bu, yəhudi dövlətinin regiona yönəlik bütün planlarının sonu demıkdir. Ümumiyyətlə, İsrailin bu cür siyasətlə uzun müddət mövcud ola biləcəyi hər zaman sual doğurub.

ABŞ geopolitikasının xaç atası sayılan, özü də milliyətcə yəhudi olan Henri Kisencer ˝Yaxın gələcəkdə İsrail adlı dövlət olmayacaq˝ proqnozunu verib.

Sual yaranır: Regionun ən qüdrətli hərbi gücü və hamisi Türkiyə olursa, İsrail dövlətinin yaşaması Ankaranın maraqlarına uyğundurmu?

Bu suala prezident Ərdoğan Qəzza müharibəsinin başlandığı ilk günlərdə cavab vermişdi. Ərdoğan deyirdi: ˝Yəhudiləri tarix boyu türklər qoruyub. Bir zaman agababalarınız bu regiondan çəkilib gedəcəklər. O zaman sizi yenə türklər qoruyacaq. İndi özünüzü elə aparın ki, həmin gün gələndə sizi qorumağa haqqımız olsun˝.

İsrailin regionda bir dövlət kimi var olması həm Türkiyənin həm də Azərbaycanın maraqlarına uyğundur. Bu dövlətin var olmasının ana şərti isə İsrail və Fələstin dövlətlərinin BMT-nin tanıdığı sərhədlər çərçivəsində təsis edilməsidir. Hesab etmək olar ki, Suriya düyünü çözüldükdən sonra, Türkiyə regionun ən uzun və qanlı konflikti olan İsrail-Ərəb konfliktinin həllinə də özünün böyük töhvəsini verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Dekabr 2024 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri