İsrailin hücum etdiyi deyilən gəmidə Türkiyə vətəndaşları da olub Rəsmi reaksiya
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrailin Malta sahillərində beynəlxalq sularda hücum etdiyi deyilən Azadlıq Donanması Koalisiyasına məxsus “Conscience” adlı gəmidə Türkiyə vətəndaşları da olub.
Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin sözçüsü Öncü Keçeli sosial şəbəkədə məlumat yayıb.
“Gəmidə olan heyət və sərnişinlərin səhhətinin yaxşı olduğu məlum olub. Vətəndaşlarımızın təhlükəsiz yerə köçürülməsi üçün Maltanın səlahiyyətli orqanları ilə əməkdaşlıq çərçivəsində lazımi işlər aparılır. Biz beynəlxalq sularda hərəkət etmə azadlığını və dəniz təhlükəsizliyini təhdid edən bu hücumu qəti şəkildə pisləyirik”, - deyə XİN rəhbəri qeyd edib
Onun sözlərinə görə, gəminin İsrail pilotsuz uçuş aparatları (PUA) tərəfindən hədəf alındığına dair iddialar var.
“Hücumun təfərrüatlarının ən qısa zamanda üzə çıxarılması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi səylər göstəriləcək”, - Ö.Keçeli vurğulayıb.(Publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 02 May 2025 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















