İsrailin maliyyə naziri Qəzza zolağını azad edəcəklərini deyib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrailin maliyyə naziri Bezalel Smotriç bazar ertəsi axşam Qərb Divarında Qüds Günü mitinqində çıxış edərək insanları Qəzza zolağında yeni yəhudi qəsəbələri inşa etməyə çağırıb.
APA xəbər verir ki, bu haqda “The Jerusalem Post” məlumat yayıb.
İsrailin işğal sözündən qorxmadığını bildirən nazir həmçinin insanları igid və qəhrəman döyüşçülərə ruh yüksəkliyi bəxş etməyə səsləyib.
“Biz İsrail torpaqlarını fəth edirik. Biz Qəzzanı azad edirik. Qəzzaya yerləşirik. Düşməni məğlub edirik.”, - o deyib.
Qeyd edək ki, Smotriçin bu açıqlamaları müxalifət nümayəndələri tərəfindən sərt tənqid olunub.

Tramp: İsrailin Qəzza zolağını işğal planlarından xəbərim yoxdur
06 Avqust 2025 14:52
İsrailin maliyyə naziri Trampın Qəzza zolağında əhalinin köçürülməsi planını dəstəkləyir
26 Yanvar 2025 14:10
Britaniya səfiri: İsrailin Qəzza zolağını hərbi nəzarətə alması daha çox ölümlə nəticələnəcək
08 Avqust 2025 08:52
Qəzza zolağında əməliyyatı genişləndirəcəyik İsrailin müdafiə naziri
26 Mart 2025 22:25
İsrailin Qəzza üzrə yeni planı
26 May 2025 14:25

