İsrailin Qəzzada yaydığı vərəqlər insanların ümidlərini qırır: Nağıl bitdi... FOTO
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
İsrail ordusunun səhər saatlarından Qəzza zolağına etdiyi hücumlarda aralarında kömək gözləyən mülki vətəndaşların da olduğu 19 fələstinli həyatını itirib.
Turkustan.az xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata görə, İsrail ordusunun Qəzza şəhərinin cənub-qərbindəki Netzarim dəhlizi bölgəsində yardım maşınlarını gözləyən fələstinliləri hədəf alması nəticəsində 11 fələstinli həyatını itirib.
Nusayrat Qaçqınlar Düşərgəsindəki Əl-Avda Xəstəxanasından alınan məlumata görə, İsrail ordusunun Qəzza Vadisinin cənubunda, Qəzza zolağının mərkəzi hissəsində, humanitar yardım gözləyən mülki vətəndaşların da hədəfə alındığı Səlahəddin küçəsinə təşkil etdiyi hücumda aralarında bəzilərinin vəziyyəti ağır olan onlarla fələstinli yaralanıb.
Digər tərəfdən, hadisə şahidləri İsrail ordusunun Xan Yunisin şərqindəki əl-Karara qəsəbəsində yaşayış yerlərini partlatdığını bildiriblər. İsrail təyyarələrindən vərəqələrin atıldığını da bildirən şahidlər əllərindəki kağızları kameraya göstəriblər.
Qəzzaya atılan vərəqələrdə belə yazılmışdı: "Nağıl bitdi, hekayə bitdi. Həmas indi tarixdir. Həmas sizi uçurumun kənarına gətirdi, atlayın".


Aytən Yaşar/ Turkustan.az


