İsrailin vurduğu gəmi ilə bağlı Türkiyədən açıqlama
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəmidə olan heyət və sərnişinlərin səhhəti yaxşıdır. Vətəndaşlarımızın təhlükəsiz yerə köçürülməsi üçün Maltanın səlahiyyətli orqanları ilə əməkdaşlıq çərçivəsində lazımi işlər aparılır.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Önçü Keçel Qəzzanın blokadasını yarmaq istəyən “Azadlıq donanması” gəmisinə edilən hücumu şərh edərkən deyib.
O, hücumu qətiyyətlə pislədiyini bildirib:
“Hücumun detallarının ən qısa vaxtda üzə çıxarılması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi addımlar atılacaq”.
Qeyd edək ki, “Əl-Cəzirə” telekanalının məlumatına görə, İsrail “Azadlıq donanması” gəmisinə Qəzza sahillərində PUA ilə hücum edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 02 May 2025 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















