İsrailli sabiq nazir: Bütün yardım paketləri bombalanmalı, savaşa geri dönməliyik
Icma.az bildirir, Mia.az portalına istinadən.
"İsrail ordusu Qəzzadakı hər şeyi, o cümlədən humanitar yardımları bombalamalıdır".
Mia.az xarici mətbuata istinada xəbər verir ki, bu sözləri İsraildə ifrat sağçı Yəhudi Güc Partiyasının lideri İtamar Ben-Qvir bəyan edib.
O, Netanyahuya çağırış edərək, savaşa başlamağınn əsl vaxtı olduğunu deyib: "HƏMAS-ın 15 fevralda baş tutması gözlənilən məhbus mübadiləsinin altıncı raundunu növbəti xəbərdarlığa qədər dayandırdığını bildirməsi bizə belə hücuma fürsət yaradıb. İsrail ordusu Qəzzaya yenidən şiddətli hava və quru hücumlarına başlamalıdır. Elektrik, yanacaq və su daxil olmaqla, bütün humanitar yardımlar tamamilə dayandırılmalı, hətta daha əvvəl Qəzzaya göndərilən bütün yardım paketləri bombalanmalıdır. Biz müharibəyə geri dönməliyik".
Xatırladaq ki, dünən HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Kassam Tuqaylarının sözçüsü Əbu Ubeydə fevralın 15-də baş tutması gözlənilən məhbus mübadiləsinin İsrailin atəşkəs razılaşmasındakı öhdəliklərini yerinə yetirmədiyi səbəbiylə dayandırıldığını təsdiqləyib.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 11 Fevral 2025 00:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















