Icma.az
close
up
RU
İsrailLivan atəşkəsi və Yaxın Şərqdə yeni hədəf: qazanan kimdir, itirən kim?

İsrailLivan atəşkəsi və Yaxın Şərqdə yeni hədəf: qazanan kimdir, itirən kim?

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Livanla atəşkəs razılaşması İsrailə hərbi baxımdan iki üstünlük qazandırdı:
1. Hizbullahın sərhəddən uzaqlaşdırılması və Litani çayının (Nəhr əl-Litani) qruplaşmanın qarşısında təbii səddə çevrilməsi;
2. Şimal sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi, evlərini tərk edənlərin təhlükəsiz şəkildə geri qayıtması;

Hizbullaha qarşı əməliyyat başlayanda bunun 2006-cı il müharibəsinə bənzəyəcəyi – qısa müddətli olacağı və hədəfin qruplaşmanı sərhəddə təhlükə yaratmayacaq məsafəyə qədər uzalaşdırmaq olduğu gözlənilirdi. Həsən Nəsrullahın öldürülməsi ilə İsrail Hizbullah üzərində psixoloji baxımdan da üstünlük qazandı. Hərçənd, bütün bunlar taktiki uğurlardır. Netanyahu hakimiyyəti Hizbullahı tamamilə sıradan çıxarmaq və İranı müharibəyə cəlb etmək həddinə qədər getməkdə maraqlı idi. Qərbli müttəfiqlərinin təzyiqi və Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı qərar irəliləmənin önünü kəsən amildir.
Rəsmi şəkildə qarşı çıxsalar da, bu qərarın-təzyiqin arxasında Bayden Administrasiyasının dayandığı aydın görünür, əks təqdirdə ABŞ-ın istəyi olmasaydı, BCM-də hökmün verilməsi çətin olardı. Bayden üçün atəşkəs Ağ Evi “diplomatik uğurla” tərk etməkdirsə, Fransa üçün Livanda mövqelərini qorumaq məqsədi daşıyır. Eyni zamanada, ABŞ-ın hazırki administrasiyası ilə Fransa arasında post-Bayden dövründə Trampın Ukrayna və Yaxın Şərqdə mümkün addımlarına qarşı balansın yaradılması məqsədilə uzlaşma da müşahidə edilir.
Bayden və Makron yaxın perspektiv üçün istəyinə nail olsa da, İsrailin taktiki uğurla kifayətlənəcəyini demək çətindir. İstisna deyil ki, Trampın Ağ Evə gəlişindən sonra İsrail İran və proksi qüvvələrinə qarşı daha genişmiqyaslı əməliyyatlara start verəcək, lakin növbəti hədəf Suriya və Yəməndəki qruplaşmalar olacaq.
Bu atəşkəsdən Bayden Administrasiyası, Fransa və İsraillə yanaşı, Livan hökuməti də qazanclı çıxdı, xüsusilə Hizbullahın hərbi və siyasi müstəvidə zəifləməsi fonunda ölkəyə nəzarəti ələ almaq baxımından. İran itirən tərəf kimi görünür, amma baş verənlər Tehran üçün “pis və ən pis” arasında seçim – proksi qüvvələrinin “qalxan” kimi istifadə edilməsi idi. Hizbullahın zəifləməsi post-Xameneyi dövrünə hazırlaşan İran üçün qruplaşmanı formatlamaq və yenidən formalaşdırmaq baxımından heç də səmərəsiz deyil.
Asif Nərimanlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://publika.az
archiveBu xəbər 27 Noyabr 2024 23:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri