Icma.az
close
up
RU
İşsizlik sığortası nədir? İşsizlikdən sığorta ödənişi kimlərə ödənir? Hüquqşünasdan açıqlama

İşsizlik sığortası nədir? İşsizlikdən sığorta ödənişi kimlərə ödənir? Hüquqşünasdan açıqlama

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın rayon və şəhərlərinin bu ilin yanvar-sentyabr ayları üzrə işsizlikdən sığorta ödənişi alan şəxslərin sayı açıqlanıb. Qeyd edək ki, Azərbaycan Respublikası üzrə 2458 nəfər ödəniş alıb.İşsizlikdən sığorta nədir?

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, işsizlikdən sığorta sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaitidir.

Ramil Süleymanov / Foto: Bizimyol.info

“Sığorta hadisəsi dedikdə, sığortanın ödənilməsi üçün əsas olan hallar nəzərdə tutulur. Bura işçinin işdən çıxması, işçinin əmək müqaviləsinə xitam verilməsi və işçiyə xəstəliyə görə ödənişlərin olunması nəzərdə tutulur. Qanunvericiliklə sığorta olunan şəxslər Azərbaycan Respublikasının ərazisində işləyən şəxslərdir. Sığorta edənlər  dövlət orqanları, fiziki şəxslər və seçkili orqanların rəhbərləridir.

Sığorta ödənişi hər hansı bir hüquqi şəxsin ləğv olunması, işçilərin ixtisar olunması, ştat vahidlərinin ixtisar olunması və yaxud da müəssisənin mülkiyyətçisinin dəyişməsi nəticəsində əgər işçinin əmək müqaviləsinə xitam verilərsə, belə olan təqdirdə işçi çıxarıldığı iş yerində özünün qeydiyyatda olduğu yer üzrə Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin rayon şəhər şöbələrinə və ya DOST mərkəzlərinə müraciət edir.

Daha sonra şəxs işsiz şəxs kimi, işsiz statusunda olan şəxs kimi qeydiyyata alınır və qeydiyyata alındığı müddət ərzində ona ilkin müraciət üzrə 6 ay müddətinə, təkrar müraciət üzrə 3 ay müddətinə deməli işsiz statusu verilir və ona işsizlikdən sığorta ödənişi ödənilir”-deyə hüquqşünas bildirib.

Ramil Süleymanov qeyd edib ki, işçi işdən çıxdıqdan sonra işsiz kimi qeydiyyata alınarsa, ona işlədiyi dövr üzrə orta aylıq əməkhaqqının 100 faizi birinci-ikinci aylar üzrə ödənilir. İşsiz statusunda olduğu zaman 3-4-cü ay üzrə orta aylıq əmək haqqının 80 faizi miqdarında ödənilir. 5-6-cı ay 70 faiz ödənir.

“Əgər işçinin orta aylıq əməkhaqqısı 1000 manat olmuşdursa, deməli 1-2 ay üzrə o 1000 manat, 3-4-cü ay üzrə 800 manat, 5-6-cı ay üzrə 700 manat sığorta ödənişi alacaq.

Sığorta ödənişi sığortaedən tərəfindən ödənilir. Həmin ödəniş işçinin əmək haqqının 1 faizini təşkil edir. Həmin 1 faizin 0, 5 faizi əməkhaqqının 0,5 faizi isə işəgötürən tərəfindən ödənilir”-deyə Ramil Süleymanov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Noyabr 2024 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri