Icma.az
close
up
RU
İşsizliklə bağlı qarışıq vəziyyət: İş də var, işsiz də...

İşsizliklə bağlı qarışıq vəziyyət: İş də var, işsiz də...

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb.

Cari ilin oktyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 236 min 400 nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Belə ki, onların 50,9 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 472,2 manat olub.

Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, Azərbaycanda işsizliklə bağlı rəsmi statistika hər zaman mübahisəli olub.

O vurğulayıb ki, ölkədə gizli məşğulluq geniş yayılıb:

“Bu rəqəmlərin mübahisəli olmasının səbəbi var. İşləyən insanların iş yerinin statusu ilə maraqlansaq, onların böyük hissəsinin qeyri-rəsmi, yəni müqaviləsiz şəkildə çalışdığını görərik. Məsələn, əgər ətrafımızda 100 nəfər işləyirsə, onların təxminən 70-80 nəfəri qeydiyyatsız, müqaviləsiz, yəni başqa sözlə, qeyri-rəsmi  çalışır. Bu da ölkədə gizli məşğulluğun geniş yayılması deməkdir.

Digər tərəfdən, hər işsiz şəxs də Dövlət Məşğulluq Agentliyinə müraciət edib qeydiyyata düşmür. O qədər işsiz qadın və kişi var ki, ümumiyyətlə, belə bir agentliyin mövcudluğundan xəbərləri yoxdur. Beləliklə, həm gizli məşğulluq mövcuddur, həm də işsizlərin hamısı dövlət tərəfindən qeydiyyata alınmayıb”.

İqtisadçı  işsizlik statistikasını reallıqdan uzaq sayır:

“Hazırkı statistika yalnız Dövlət Məşğulluq Agentliyi tərəfindən qeydiyyata alınmış işsizlərin say tərkibi üzərindən verilən məlumatdır. Bu isə həmin dövlət qurumunun çatışmazlığıdır, çünki o, yalnız öz bazasında olan məlumatlarla kifayətlənir. Halbuki dövlət orqanı cəmiyyətdəki real vəziyyəti ortaya çıxarmalıdır. Bu gün Dövlət Məşğulluq Agentliyinin ortaya qoyduğu rəqəmlər ağlı başında olan, iqtisadiyyatdan azca başı çıxan adamlar üçün gülüş doğurur. Agentliyin açıqladığı “236 min 400 işsiz” rəqəmi sadəcə gülüş doğurur. Bu, biabırçı və gülməli  göstəricidir”.

Akif Nəsirli bildirib ki, əslində müxtəlif metodlarla həm gizli məşğulluğun, həm rəsmi iş yerlərinin, həm də real işsizlərin sayını təxmini şəkildə müəyyənləşdirmək mümkündür:

“Dövlət qurumları bu üsullarla işləməlidir. Yalnız səndə qeydiyyatda olan işsizlərin siyahısını elan etməklə nəyə təsir etmək istəyirsən?

Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti özü gülməlidir. Sən Dövlət Məşğulluq Agentliyisən. Sadəcə sənə müraciət edənləri siyahıya alırsan. Onda bu agentliyin yaranmasına nə ehtiyac vardı? Bu işi bir neçə nəfərdən ibarət kiçik kollektiv də görə bilərdi. Siyahını tutub aybaay da elan verə bilərdilər".

Dövlət Məşğulluq Agentliyindən  isə bildirilib ki, işsiz kimi qeydiyyat üçün əsas şərt şəxsin “Məşğulluq haqqında” Qanuna əsasən məşğul şəxs kateqoriyasına aid olmamasıdır:

“Məşğul şəxs olmayan hər kəs işsiz kimi qeydiyyata alınır. Bu xidmət işaxtaran və işsiz şəxslərin qeydiyyatdan müvəqqəti çıxarılması və ləğv edilməsini də əhatə edir. 15 yaşını tamam etmiş hər bir vətəndaş “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə edərək Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindəki “Əmək və məşğulluq” altsistemində “Müraciət ərizə” formasını doldurmaqla işaxtaran kimi qeydiyyata düşə bilər”.

Agentlik qeyd edib ki, vətəndaşlar həm də Agentliyin Regional Məşğulluq filiallarına və ya DOST Mərkəzlərinə yaxınlaşa bilərlər:

“Burada karyera məsləhətçiləri tərəfindən qeydiyyata alınır, məşğulluq imkanları qiymətləndirilir və vətəndaşın məşğulluğunun təminatı üçün uyğun iş tapılır”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: İşsizlik Akif Nəsirli Dövlət Məşğulluq Agentliyi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri