İstanbul bələdiyyəsində korrupsiya və terror istintaqı: Dindirilmə prosedurlarına başlanıldı
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Dünən saxlanılan İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, onun müşaviri Murat Onqun, Bəylikdüzü bələdiyyəsinin sədri Murat Çalık, Şişli bələdiyyəsinin sədri Rəsul Əmrah Şahan və müğənni Ercan Saatçinin də aralarında olduğu 87 şübhəlinin polis idarəsində dindirilmə prosedurlarına başlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumatda deyilir ki, hüquq mühafizə orqanlarının daha 19 şübhəlini tutmaq üçün işləri davam edir.
İstanbul Baş Prokurorluğu tərəfindən İmamoğlu və digər şübhəlilər barəsində “cinayətkar dəstənin lideri olmaq”, “cinayətkar dəstənin üzvü olmaq”, “mənimsəmə”, “rüşvət alma”, “fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “tenderlərdə saxtakarlıq etmək”, “terror təşkilatına yardım və sığınacaq vermək” və digər ittihamlar üzrə istintaq başladılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 20 Mart 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















