Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı Aqşin Yenisey

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı Aqşin Yenisey

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Aqşin Yeniseyin "İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı" yazısını təqdim edir.

İstanbulda küçədə bir səhnəylə qarşılaşdıq. İnsanların sürü instinktiylə keçdiyi körpünün üstündə bir dilənçi səsi gəlirdi, yalvarırdı ki, ona kömək edək. Amma dilənçi özü yox idi; yalvarışını bir səs aparatına yazıb gətirib qoymuşdu körpünün üstünə, qarşısına da bir qutu. Özü isə çıxıb getmişdi. Dilənçinin yerinə texnoloji avadanlıq dilənirdi.

Yəni artıq dünyanın dilənçisi də folklordan uzaqlaşıb, texnoloji çağda yaşadığının fərqindədir.

İstanbul beynəlxalq kitab sərgisi bir daha göstərdi ki, Azərbaycan mədəniyyətinin yeni bir startegiyaya ehtiyacı var. Biz uzun illərdir Azərbaycandan mədəniyyət adına dünya meydanlarına ancaq folklor nümunələri daşıyırıq. Dünya isə o meydanlarda folklorla təmsil olunmur. Dilənçisi belə texnoloji şüura sahib olan dünyada peyda olan qucağı tar-qavallı, ağzı zurnalı heyətimiz bizi qədim dünya sakinlərinə bənzədir.

Kitab sərgiləri yazarların yox, kitabların sərgisidir. Buradan-bura Anadolu türkcəsinə tərcümə olunub, təbliğ olunan bir yazarımız yoxdur. TÜRKSOY aşıq Azaflını tərcümə edib gətirmişdi. Azaflının gözünə qatdığı ərzurumli aşıq da “bir gecə ansızın gələ bilərik” başlıqlı əndirəbadi bir qoşma oxuyub düzü-dünyanı təhdid etdi.

Dünyada elə bir xalq yoxdur ki, folkloru olmasın, amma dünyada folklordan başqa heç bir mədəni dəyər yarada bilməyən bir xeyli xalq, toplum var.

Biz dünyaya folklorla çıxıb yeni mədəni dəyər yarada bilmədiyimizi öz görüntümüzlə etiraf edirik. Azaflını göstərib car çəkirik ki, bizim stendə müasir yazıçı, filosof, şair görmək üçün yaxınlaşmayın, bizim olanımız bu saz çalan əzabkeş kişidir. Ay beynəlxalq ellər, biz azərbaycanlılar milli təkamülün Dədə Qorqud mərhələsində donub-qalmışıq.

Folklorun təkcə yol xərcinə bu vaxta qədər ən azı üç, dörd yerli yazıçını, intellektualı bir neçə xarici dilə tərcümə və təbliğ edə bilərdik. Cəmiyyətdə belə bir yanlış fikir formalaşdırılıb ki, ədəbiyyatımız zəifdir deyə dünyaya çıxmır. Mən son illər Buker, Nobel mükafatı almış onlarla dünya yazarının kitablarını oxuyub, sadəcə, zibil torbasına atmışam. Çünki boş və mənasız konyuktura ədəbiyyatı olduqlarını o kitablar özləri nişan veriblər. Amma nə olsun! Sabah bir qıyıqgöz cənubi koreyalı Nobel mükafatı almış o mənasız yazıçısının adını çəkib məni ölkəmlə birlikdə mədəni şəkildə aşağılayacaq haqqı qazanıb artıq.

Nobel mükafatı peşəkar ədəbiyyatı deyil, “yumşaq gücü” təmsil edir, yazıçının deyil, ölkənin mədəni gücünü göstərir. Azərbaycanda bu mükafatlara layiq qat-qat yaxşı kitablar yazılır, amma məsələ dünyaya çıxmağa gələndə bir təyyarə dolusu nağaraçalan göndəririk. Təsəvvür edin, beynəlxalq gözəllik müsabiqəsinə gedirsiniz, özünüzlə Koroğlunun Nigarını aparırsınız.

İngilis, fransız, alman, yapon bizim gəncləri folkloruyla “yemir”, müasir mədəni dəyərləriylə özününküləşdirir. Əmin olun, bizim folklor da heç bir əcnəbi gənci üçün maraqlı deyil, əgər elmi iş yazmırsa.

Folklor xırda xalqların salındığı “dələ təkəri”dir. Hətta postmodernizmin də postkolonial xalqlar öz keçmişlərində eşələnsin deyə onlar üçün ortaya atılmış bir karnaval mexanizmi olduğunu yazan kitablar var.

Ağıllı sözə dərimizin deyil, əqlimizin qalınlığıyla reaksiya verməyi, nəhayət ki, öyrənməliyik.

Dünyada Azərbaycandan qidalanan yüzlərlə diaspor təşkilatımız var, hərəsi bir yerli yazıçının, alimin əsərlərinin təbliğiylə məşğul olsa, bu cür sərgilərə gedəndə eynən Bakıdakı kimi özümüz çalıb, özümüz oynamarıq. Məsələn, “Fəxri qonaq” olduğumuz İstanbul fuarında Türkiyədəki səfirimiz, ümumiyyətlə, gözə dəymədi, heç olmasa, gəlib “Fəxri qonaq” seçdiklərinə görə təşəkkür edə bilərdi. Etmədi, görmədik, eşitmədik.

Buna görə də türk arkadaşlarımızın bizə soyuq münasibət bəsləmələrini qınamağa adamın dili gəlmir.

Türk mediasından yalnız bir xanım gəlib “Fəxri qonaq” haqqında bir-iki kəlmə yazdı, onu da Şəhriyar Del Gerani şəxsi dostu kimi dəvət etmişdi.

Müstəqil dövlətin müstəqil mədəniyyət strategiyası olmalıdır. Biz mədəniyyətlərin toqquşduğu çağda yaşayırıq. Bu gün ölkənin toprağını deyil, insanını işğal edirlər. Azərbaycan torpağını işğaldan azad etmək üçün yeni qan lazım idi, tökdük. Azərbaycan insanını da işğaldan azad etmək üçün yeni mədəniyyət lazımdır.

Mədəniyyət nazirliyinin son illərdəki fəaliyyətini danmaq insafsızlıq olar. Ancaq bir məsələni xüsusi qeyd etməliyik ki, bu nazırlik insanlara deyil, əsərlərə xidmət göstərən qurumdur. Çünki insan gec-tez ölüb gedir, qalan əsərdir, fikirdir, düşüncədir. Narazı qalmasınlar deyə şair, yazıçı, alim adı altında gizlənmiş yüzlərlə müftəxoru yığıb sürü halında ölkədən-ölkəyə daşımağın heç bir önəmi yoxdur. Unutmayaq ki, istedadsız adam həmişə narazı olar. Fazil Mustafanın sözü olmasın, biz narazıların yox, narahatların qeydinə qalmalıyıq.

Sonda: Mədəniyyət nazirliyi hər beynəlxalq tədbirə uyğun dünya ölkələrinin təcrübəsinə əsaslanan bir mədəniyyət strategiyası hazırlamalıdır. Bu strategiya şəxslər, titulllar üzərində deyil, prinsiplər üzərində qurulmalıdır və bu prinsiplər hansı əsər (müəllif), harada və nəyə görə sualları əsasında tərtib olunmalıdır.

Əks halda, biz dünyaya get-gəl edəcəyik, inteqrasiya etməyəcəyik.

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub Qum saatını küçəyə boşaldır bir qadın - Fərid Hüseynin şeirləri “Səriyyə” filminin nümayiş tarixi məlum oldu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 Noyabr 2024 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see217

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see174

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see147

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see138

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri