İstanbul Havalimanı Avropada zirvədə: Paris, Amsterdam və Londonu geridə qoydu
Icma.az, Sherg.az saytına istinadən bildirir.
İstanbul Hava Limanı gündəlik orta hesabla 1665 uçuşla Avropanın ən sıx hava limanı olaraq mövqeyini qoruyub.
Sherg.az xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun açıqlamasına görə, İstanbul Paris Şarl de Qoll, Amsterdam və London Hitrou hava limanlarını geridə qoyub.
"EUROCONTROL"un 10–16 avqust tarixlərini əhatə edən hesabatına əsasən, Türkiyə gündəlik orta hesabla 4400 uçuşla Avropada 6-cı yerdə qərarlaşıb. Antalya Hava Limanı isə 1037 uçuşla Avropanın ən sıx 9-cu hava limanı olub.
İstanbul Hava Limanı qlobal miqyasda da ilk 10-luqda yer alıb. Hesabat dövründə gündəlik orta hesabla 843 təyyarə qalxışı ilə dünya üzrə 6-cı olub.
Bu mövzuda digər xəbərlər:İstanbul Hava Limanı Londonu taxtından endirdi
08 Oktyabr 2026 12:30
İstanbul Havalimanı Avropanın zirvəsində: Günlük 1444 uçuşla liderdir
19 Dekabr 2025 09:52
Lavrov Paris və Londonu ittiham edib
09 Aprel 2025 13:40
Netflixin Paris və Amsterdam ofislərində axtarış aparılıb
06 Noyabr 2024 04:34
Avropada panika Rusiya Londonu 8 dəqiqəyə məhv edə bilər
18 Dekabr 2025 00:38
Baxış sayı:115
Bu xəbər 22 Avqust 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















