İstanbul valisi: Dünyanın müxtəlif ölkələrində FETÖ terror təşkilatının üzvləri var
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"FETÖ terror təşkilatı dövlət qurumlarına sızarkən əsgərin, vəkilin, polisin arasında üzvləri var idi. Lakin onlarla yanaşı, vətənə, dövlətə bağlı insanların da olması, nəticədə həmin şəxslərin prezidentin çağırışına uyub meydana çıxması ilə nəticələndi. Yəni güc strukturlarında dövlət çevrilişinə cəhd edən insanlar olduğu kimi, dövlətə bağlı insanlar da çox idi. Buna görə də iyulun 16-da çevrilişə cəhd artıq uğursuzluqla nəticələnmişdi".
Oxu.Az xəbər verir ki, bunu İstanbul valisi Davut Gül 15 İyul media proqramı çərçivəsində Valilikdə təşkil olunan tədbirdə deyib.
O bildirib ki, çevrilişə cəhddən sonra dövlət proseslərə tam nəzarət etməyə başladı:
"Günahkarlar isə ədalət qarşısında cavab verdilər. Lakin FETÖ terror təşkilatı təkcə Türkiyənin problemi deyil. Dünyanın müxtəlif ölkələrində bu təşkilatın üzvləri var. Onlar müxtəlif peşələrdə nüfuz qazanıb bizə ediləni edə bilərlər. Biz bundan xilas olduq, amma digər ölkələr də diqqətli olmalıdır".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:226
Bu xəbər 17 İyul 2025 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















